Gündəm

Axund İmam Hüseyn (ə) bayrağını qayçı ilə kəsib tökdü

4-05-2016, 01:03
Əhali axundu məscidə buraxmır və axundluqdan qovulmasını tələb edir

Şirvan şəhərinin axundu Hacı Əvəz dünən günorta namazından sonra İmam Hüseyn (ə) bayraqlarını qayçı ilə kəsıb doğrayıb. Bütün şəhər ilahiyyatçıları ayağa qalxıblar və Hacı Əvəzin axundluqdan çıxmasını tələb ediblər. 

Bu barədə Şirvandan "Xeber.İNfo"a məlumat veriblər. Mənbə bildirir ki, dünən keçirilən Aşura günü ilə bağlı mərasimə Hacı Əvəz maneə olaraq, səs gücləndiricilərin səslərini azaldıb. Bayraqları mərasimə gətirilməsinə icazə verməyib və şüar səsləndirilməsini qadağan edib. 

Mənbənin iddiasına görə son günlər Mərkəzi Aran bölgəsindən olan hacıların mətbuatda vurulmasını məhz Hacı Əvəz təşkil edirmiş. 

Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.
 Axund İmam Hüseyn (ə) bayrağını qayçı ilə kəsib tökdü

Administratorla əlaqə

077 611-55-22

[email protected]