Gündəm

Naradaran yenə qarışdı - İmam Zaman (ə.f) mədrəsəsi sökülür Yenilənir.

2-05-2016, 20:01

 04.05.2016  saat 1:17 - Nardaran sakinlərindən əldə etdiyimiz məlumata əsasən "Nardaranda sökülən, İmam Zaman (ə.f)  mədrəsənin əvəzinə Nardaran Pirinin aşağı tərəfində yeni mədrəsənin təməli qoyulacaq. Qeyd edək ki, mədrəsənin hansı səbəbdən sökülməsi haqda heç bir məlumat yoxdur. Gətirilən yol məsələsi də, boş bəhanədir" deyə Nardaran sakinləri qeyd edir. Naradanda mədrəsə sökülərkən çəkilən şəkiləri sizə təqdim edirik.


Naradaran yenə qarışdı - İmam Zaman (ə.f) mədrəsəsi sökülür Yenilənir. 


Naradaran yenə qarışdı - İmam Zaman (ə.f) mədrəsəsi sökülür Yenilənir.

 

Nardaranda yerləşən "İmam Zaman (ə.f)" mədrəsəsinin binası polislərin müşaiyəti ilə sökülür. 

Xeberman.com  Nardaran kənd sakinlərinə istinadən xəbər verir ki, hal-hazırda Nardarandakı Rəhimə xanım pirinin nəzdində yerləşən "İmam Zaman (əc)" mədrəsəsi İcra Hakimiyyəti işçiləri tərəfindən sökülməyə başlanılıb. Söküntüyə birbaşa polis nəzarət edir. Baş vermiş hadisəyə etiraz olaraq, kənd ağsaqqalları Prezident Aparatına tərəf gedirlər.

Mədrəsənin sökülməsinə bəhanə kimi isə səbəb yolun genişləndirilməsi göstərilir. Lakin kənd sakinlərinin bildirdiyinə görə, mədrəsə yolun sonunda yerləşir və heç bir səbəblə görülən işlərə maneəçilik törətmir. Mənbə onuda bildirir ki, bu, açıq-aydın bəhanədir. Çünki mədrəsəyə gələn yol və kənddə təmirə və genişlənməyə ehtiyacı olan yollar qaldığı halda mədrəsənin söküntüsü aparılır.

 

Naradaran yenə qarışdı - İmam Zaman (ə.f) mədrəsəsi sökülür Yenilənir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]