Gündəm
Müsavat partiyası İlqar Məmmədovla bağlı bəyanat yaydı
20-10-2015, 18:26
Müsavat partiyası “REAL" Vətəndaş Hərəkatının rəhbəri İlqar Məmmədovla bağlı bəyanat verib.
Partiyanın mətbuat xidmətindən musavat.com-a daxil olan bəyanateda deyilir:
Oktyabrın ayının 16-da “REAL" Vətəndaş Hərəkatının rəhbəri İlqar Məmmədova qarşı saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində zorakılıq törədilib. Vəkilinin yaydığı məlumata görə, müəssisənin rəhbərliyinin göstərişi və təşkilatçılığı ilə İlqar Məmmədovun döyülməsi hadisəsi baş verib.
İlqar Məmmədovun “İsmayıllı işi” adlı uydurma cinayət işi ilə əlaqədar günahsız həbs edilməsi yerli və beynəlxalq ictimaiyyətə tam aydındır. Onun təqsirsizliyi Avropa İnsan Haqqları Məhkəməsinin qərarı ilə təsdiq edilib.
Müsavat Partiyası heç bir günahı olmadığı halda, hakimiyyətin siyasi sifarişinə əsasən həbs edilən, “dərhal azad edilməsi” haqda AİHM-nin qərarına rəgmən yenə də eyni sifarişlə qanunsuz olaraq həbsdə saxlanılan İlqar Məmmədova qarşı təzyiqlərə son qoyulmasını, ona qarşı qanunsuz hərəkətlərə yol verən və buna şərait yaradan şəxslərin məsuliyyətə cəlb edilməsini, İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edir.
musavat.com