Siyasət
İlqar Məmmədova "Azadlıq fədaisi" adı verildi - ALDP tərəfindən
8-12-2016, 16:50

İclasda ALDP sədri Fuad Əliyev insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçilərinə "Azadlıq fədaisi” mükafatının təsis edildiyini və ALDP üzvləri arasında keçirilən sorğunun nəticəsində REAL Hərəkatının sədri İlqar Məmmədovun bu ada layiq görüldüyünü toplantı iştrakçılarına bildirib .
Sonra toplantı iştirakçıları Azərbaycanda ictimai-siyasi vəziyyət, siyasi məhbus, insan haqları və vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarının pozulması mövzusunda fikir mübadiləsi aparıblar. Daha sonra Dəyirmi Masanın yekunlarına dair bəyanat qəbul edilib.
