Dünya

Fransada nəşr olunan erməni jurnalı azərbaycanlı idmançıdan yazıb - FOTOLAR

18-05-2016, 20:20

 Fransada nəşr olunan erməni jurnalı azərbaycanlı idmançıdan yazıb - FOTOLAR


Bu yaxınlarda Londonda təsis edilən "Qafqaz” İdman Klubunun rəhbəri, tanınmış kikboksçumuz Hafiz Baxşəliyev "ermənilərin kluba girişi qadağandır” sözlərinə Parisdə nəşr olunan "Nouvelles Armenie” jurnalı öz səhifəsində yer ayırıb.

Stadium.Az xəbər verir ki, jurnal azərbaycanlı kikboksçunun Londonda bir klub açdığını, ancaq ermənilərin ora girişinin qadağan olunduğunu yazıb.

"Azərbaycan kikboksinq komandasının keçmiş üzvü Hafiz Baxşəliyev 2016-cı ildə Londonun mərkəzində bir yer kirayə edərək "Qafqaz" adlı kikboksinq və boks klubu açıb. Hazırda orada Azərbaycandan olan 10 nəfər məşq edir. "Ermənilər də gəlib məşq edə bilərlərmi” soruşanda Hafiz Baxşəliyev bildirdi: "Ermənilərin daxil olması qadağandır. Biz düşmənlərimizlə yaxınlıq etmirik” deyə jurnal yazıb.  

Hafiz Baxşəliyev mətbuat müsahibəsində ermənilərlə bağlı fikirlərini bildirmişdi.


Administratorla əlaqə

077 611-55-22

[email protected]