Siyasət

MƏHƏRRƏM ƏLİYEVİN “14 İLLİK SİRR”İNİ AÇAN ŞAHMAR PAŞAYEV

27-11-2016, 21:18

Dünən mətbuatda oxudum ki, keçmiş polis rəisi Şahmar Paşayev FHN-də yeni vəzifəyə təyin olunub. DİN sisteminə yaxın olan şəxs kimi, Şahmar Paşayevin yeni təyinatından sonra onun bəzi məcaraları gözümün qarşısından kino lenti kimi gəlib keçdi. Və bu macəralardan birini oxucularla bölüşmək qərarına gəldim. Əvvəlcə məlumat üçün bildirim ki, Şahmar Paşayev ötən əsrin axırlarında Xətai rayonu RPİ-nin 37-ci polis bölməsinin rəisi vəzifəsində işləyərkən gündəmə gəlmişdi. Həmin illərdə Rəsul Quliyevçilərə məxsus  "Azneftyanacaq” zavodu, neft kəməri və bir çox digər strateji yerlər Şahmar Paşayevin səlahiyyətində olan ərazisi idi. Şahmar Paşayev o vəzifədə uzun illər işləyəndən sonra Bakı BPİ-nin rəisi Məhərrəm Əliyevin təqdimatı əsasında Yasamal RPİ-nin rəisi vəzifəsinə təyin olundu. Sonrakı illərdə xeyli dəyişiliklər oldu.

Qafqaznews.az bildirir ki, Bakı BPİ rəisinin birinci muavini işləyən Cavadağa Sultanov vəzifəsindən azad olundu və bu posta yenə də Məhərrəm Əliyevin təqdimatı əsasında Şahmar Paşayev gətirildi. İndi isə keçək əsas mətləbə, daha doğrusu, Şahmar Paşayevin macərasına. 2007- ci ildə Məhərrəm Əliyev vəzifəsindən azad olunandan əvvəl Bakı BPİ-ə DİN-dən yoxlama gəlir. Məhərrəm Əliyev məzuniyyətdə olduğu üçün onu əvəz edən birinci muavini Şahmar Paşayev yoxlamanın qarşısına çıxır. Yeri gəlmişkən, onu da qeyd edək ki, 1993-cü ildən 2007- ci ilədək Məhərrəm Əliyev Bakı BPİ-nin rəisi vəzifəsində işləyərkən onun xüsusi qeydlər apardığı "xüsusi jurnal”ı olub.

Həmin jurnal 14 il məxfi saxlanılsa da sonda Şahmar Paşayev tərəfindən DİN-dən gələn yoxlamaya təqdim olunur. Yoxlamaya gələnlər də öz növbəsində operativ olaraq həmin jurnalın "kopya”sını çıxardıb Şahmar Paşayevə qaytarırlar. Və beləliklə Bakı BPİ-nin rəisinin "14 illik sirr”ləri beləcə DİN-nin əməkdaşlarnın əlinə keçir. Bu yoxlamadan sonra Məhərrəm Əliyev öz xahişi ilə Bakı BPİ-nin rəisi vəzifəsindən azad olunur. Hətta Məhərrəm Əliyev tutduğu vəzifədən azad olunandan sonra onu bu posta əvəz edən Şahmar Paşayev düşünürdü ki, rəisliyə ondan layiqlisi yoxdur. Ancaq belə olmadı. Çünki DİN rəhbərliyi də yaxşı bilirdi ki, həmin sirli jurnalı yoxlamaya gələnlərə şəxsən Şahmar Paşayev özü təqdim edib. Bu yazı Şahmar Paşayevə qarşı heç bir qərəzdən qaynaqlanmır. Və inanıram ki, FHN-in rəhbəliyinin "xüsusi jurnalı” da yoxdur. Ki, yoxlamaya gələnlərin qabağına Şahmar Paşayev tərəfindən qoyulsun. Bu yazını sadəcə ötənlərə bir ekskurs kimi qəbul edin. Çünki son vaxtlar ölkəmizdə keçmiş tarix tez-tez təkrarlanır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]