Siyasət

AİP-in sədr əvəzi: “Əsgərlərimiz göstərdilər ki, işğal olunmuş torpaqları geri qaytarmağa qadirik”

7-04-2016, 02:13
AİP-in sədr əvəzi: “Əsgərlərimiz göstərdilər ki, işğal olunmuş torpaqları geri qaytarmağa qadirik”
Səngərdə gərgin döyüşlərin getdi bir vaxtda həm xalqımızın, həm də səngərdə torpaqlarımızı öz qanları bahasına qoruyan Vətən övladlarının dəstəyə, ruh yüksəkliyinə ehtiyacı var. FaktXeber.com olaraq Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyevdən əsgərlərimizə ruh yüksəkliyi vermək üçün nə kimi tövsiyələr verəcəyini soruşduq.
 
AİP-in sədr vəzi İlham Əliyev əsgərlərimizdə yüksək ruh üstünlüyü olduğunu bildirdi: «Onlar torpaqlarımızı qanı bahasına azad eləmək əzmindədirlər. Artıq bunu təkcə deməklə, danışmaqla deyil, əməldə göz qabağında sərgilədilər, bu günə kimi deyilən söhbətlərin üstündən qanları ilə xəttə çəkdilər. Əməldə göstərdilər ki, işğal olunmuş torpaqları biz geri qaytarmalıyıq və buna da qadirik. Bu 2-3 gündə baş verən proseslər, canlarından keçən şəhidlərimiz sübut etdi ki, nəinki bu yol getməliyik, bəlkə də bu yolla qanlarından keçməklə torpaqlarımız azad olar. Bir neçə kəndin azad olunması açıq aydın buna sübutdur».
 
AİP-in sədr əvəzi Azərbaycan xalqına, şəhidlərin ailələrinə başsağlığı verərək sözlərinə belə davam etdi: «Şükürlər olsun ki, xalqımız bu meydana başucalığı ilə qədəm qoydu. Fəxr edirik ki, bizim Azərbaycanda bu cür mərd, igid övladlarımız var və lazım gələn məqamda öz qanlarından, canlarından Vətən uğrunda keçməyə hazırdırlar».

Administratorla əlaqə

077 611-55-22

[email protected]