Siyasət
Ruslar Qarabağ uğrunda döyüşəcək
8-05-2016, 16:40
Biz işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün döyüşə getməyə hazırıq. Bunu APA-ya açıqlamasında Azərbaycandakı rus cəmiyyətinin sədr müavini Yuri Zenin deyib.
Təmas xəttində baş verənlərə münasibət bildirən Zenin cəmiyyətin Dağlıq Qarabağ probleminin həllində bir mövqedə olduğunu deyib: "Biz həmişə Azərbaycanın yanındayıq, bu bizim prinsipial mövqeyimizdir. Biz bu ölkənin bir hissəsiyik. Ruslar həmişə azərbaycanlı qardaşlarının yanında olub. 90-cı illərin əvvəllərində canlarını Azərbaycan uğrunda verən ruslar var idi, onların bir hissəsi təltif olunmuşdu. Biz və orta yaşlı insanlar torpaqlarımızı işğaldan azad etmək üçün döyüşməyə hazırıq”.