Ölkə

Əsgərlərini qorumaq üçün özünü qumbara üstünə atan şəhidimizin həyat yolu - Ən böyük arzusu torpaqları azad etmək idi

8-05-2016, 12:35
Lələ Təpədə özünü düşmənin atdığı qumbaranın üstünə ataraq əsgərlərini xilas edən şəhid qəhrəmanımızı hamı tanımalıdır!

Əsgərlərini qorumaq üçün özünü qumbara üstünə atan şəhidimizin həyat yolu - Ən böyük arzusu torpaqları azad etmək idi

Qəhrəman hərbçi, dəyərli Vətən övladını hamımız yaxından tanıyaq.

Onunla Tovuzda dəfələrlə görüşmüşdük. Tovuz istiqamətində ön cəbhədə xidmət edirdi 10 il əvvəl. Dəyərli hərbiçi, gözəl insan, Vətənini dəlicə sevən bir vətəndaş idi mayor Elnur Əliyev. Sonra xidmət yerinin Fizuli istiqamətində dəyişdini duydum. Və yenə də ön cəbhədə Vətənini qoruyur, torpaqlarımızın işğaldan edilməsi arzusu ilə yaşayırdı. İnsanlarımız onu haqqında 7 gün əvvəl əsgərlərini xilas etmək üçün özünü qumbaranı üstünə ataraq şəhid olan dəyərli bir hərbiçimiz kimi daha geniş tanıdı. Qəhrəman bir hərbçi, gözəl insan əziz şəhidmiz mayor Elnur Əliyev! Qəhrəman qardaşımızın ailəsini Füzulidə ziyarət edib, şəhidimizə Allahdan rəhmət, əziz ailəsinə səbr dilədik. Ailəni ziyarətdən öncə Lələ Təpənin işğaldan azad etmək üçün döyüşdə iştirak etmiş əsgər və hərbiçilərimizlə söhbət etmişdik. Hamısı mayor Elnur Əliyevin necə mərd, qəhrəman bir hərbiçi, gözəl insan, Vətənini dəlicəsinə sevən bir oğul olduğunu vurğulayırdılar, onu necə qəhrəmanlıq örnəyi qoyduğundan ürək dolusu danışırdılar. Onun qəhrəmanlığı uşaqlarımızı öyrədilməli, KİV-lərimiz onun haqqında, qəhrəmanlığı haqqında daha çox yazılar hazırlamalı, sənədli filmlər çəkilməlidir.Çünki o qəhrəmanlığı ilə örnək bir Vətən övladıdır.

Ömrü ön cəbhədə keçmişdi. Dəyərli qardaşımın ailəsinə bir gün başsağlığına gedəcəyim ağlımdan keçməsə də onun Vətən üçün hər an şəhid olmağa hazır bir insan olduğunu bilirdim hər zaman. Dədəli kəndindəndir Elnur şəhid qardaşımız. Evləri 1993-cü ildə işğal olunmuşdu. Anasını tez itirmişdi. Sonra atasını. Evin böyüyü idi. Həyatını hərbi ilə bağlamaq qərarı verdi. Çünki ən böyük arzusu Vətən torpaqlaırını, ata yurdunu,evini düşməndən azad etmək idi. İllər əvvəl Tovuzda ön cəbhədə xidmət etdiyi zaman onunla söhbətlər zamanı onun bu müqqədəs arzu üçün yaşadığını hiss etmək çətin deyildi. Qardaşını Amid bəyi da hərbiçi olmağa meyilləndirmişdi. Qardaşı, bacısının həyat yoldaşı onun ardınca hərb peşəsinə yollanmışdılar. Vətəni işğaldan azad etmək üçün.

Şəhid qardaşımız Elnur Əliyev Lələ Təpədə qəhrəmanlıqla döyüşüb və əsgərlərini xilas etmək üçün canını qurban verib. Onunla bütün millətimiz qürur duyur. İnşallah qanları yerdı qalmayacaq və inanırıq ki, torpaqlarımız tamamilə işğaldan azad olunanda onların ruhu da sevinəcək.

Şəhid qardaşımızın mərd, mətanətli xanımı həyat yoldaşımla qürur duyuram Vətən sağ olsun sözləri ilə hamımız üçün bir mərdlik, mətanət örnəyi idi. Mərd qürurlu xanımı və atasına layiq övlad olacaq 2 oğlunu bizə əmanət edib getdi əziz şəhid qardaşımız. Uşaqlar sanki 7 gündə 7 il böyüyüblər. Hər ikisi, Elvin də Elxan da biz hərbi məktəbdə oxuyacağıq, hərbiçi olub atamızın qanını alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik deyirlər. Dəlicəsinə sevdikləri atasından ayrılmaq onlar üçün çox ağır olsa da qəhrəman bir şəhidin övladı olduqlarının da fərqindədirlər. Allah sizi qorusun gözəl balalarımız və şəhidimizin əziz xanımı. Qarşınızda baş əyirik. Başımızın tacısınız hər zaman. Nur içində yatsın şəhidimiz./Moderator.az/
 
Əsgərlərini qorumaq üçün özünü qumbara üstünə atan şəhidimizin həyat yolu - Ən böyük arzusu torpaqları azad etmək idi
Əsgərlərini qorumaq üçün özünü qumbara üstünə atan şəhidimizin həyat yolu - Ən böyük arzusu torpaqları azad etmək idi
Əsgərlərini qorumaq üçün özünü qumbara üstünə atan şəhidimizin həyat yolu - Ən böyük arzusu torpaqları azad etmək idi

 
 


 

Administratorla əlaqə

077 611-55-22

[email protected]