Ölkə

Direktor bıçaqlanmanı ört-basdır edir?

28-02-2016, 20:44
Direktor bıçaqlanmanı ört-basdır edir?

Bakının Binə qəsəbəsindəki 136 saylı məktəbdə baş vermiş bıçaqlanma ört-basdır edilir.

Aznews.az yazıb ki, direktor Yaqut Məmmədova cinayəti törədən şagirdə hadisənin məktəbdən kənarda baş verməsi haqda izahat yazmağı əmr edib.

Hətta məktəbin direktorunun işi bağlamaq üçün rüşvət verməyə hazırlaşdığı və bu məqsədlə müəllimlərdən pul yığdığı iddia olunub.

Hadisəni araşdırmağa yollanan televiziya əməkdaşlarına çəkiliş aparmağa da icazə verilməyib. Direktorun belə canfəşanlıq etməsinin səbəbinə gəlincə, bunu məktəbdə bir neçə dəfə bənzər hadisələrin törədilməsiylə əlaqələndirirlər.

Qeyd edək ki, hadisə şagirdlərin bir-birinin valideynlərini söyməsinə görə baş verib. 8-ci sinif şagirdi Əli bir neçə il öncə anasını itirib. Sinif yoldaşı İlkin isə mübahisə zəminində Əlinin anasını söyüb. Bundan qəzəblənən Əli bu gün dərsə gələn kimi söyüşə üç bıçaq zərbəsi ilə cavab verib. Hadisədən sonra məktəbin idman müəllimi Mübariz tərəfindən Sabunçu rayon xəstəxanasında çatırılan İlkin dərhal əməliyyat olunub.

 


Administratorla əlaqə

077 611-55-22

[email protected]