Əsas Səhifə / Elm

Rayon təhsil şöbəsinin müdiri məktəb direktorunun cinayətinə “qanuni don” geyindirir - İLGİNC

19-01-2016, 18:17
"Goranboy rayonun Nizami kənd orta məktəbində dirketoru "qayıblara” görə valideynlərdən pul istəməsi haqqında yayılan informasiyalardan xəbərim var”. Bu sözləri Modern.az-a açıqlamasında Goranboy rayon təhsil şöbəsinin müdiri Ağababa İbrahimov deyib. O qeyd edib ki, əvvəllər də bir belə fakt olmuşdu.

"Valideynlər bir az məlumatsızdılar. Həmin məktəbdən belə bir şikayətt bir dəfə də olmuşdu. Araşdırıldı, Mahnur Tağıyeva ilə əlaqə saxlanıldı, məlum oldu ki, pul istənilməyib, bunlara izahat iş aparılır ki, İnibati Xətalar Məcəlləsində şagirdləri dərsdən yayındırdıqları üçün valideyn cərimələnə bilər. Üzürsüz uşaqları təhsildən yayındırmasınlar. Goranboy rayonunda davamiyyət yüksəkdir. Təhsil şöbəsi tərəfindən pul yığma məsələsi qadağan olunub. Məndə elə məlumat yoxdur ki, hansısa məktəb "qayıba” görə pul alsın. Şikayət araşdırılacaq və Təhsil Nazirliyinə müvafiq məlumat veriləcək”.

Modern.az-a daxil olan məlumata görə, Goranboy rayonun Nizami kənd orta məktəbinin direktoru şagirdlərin dərsə gəlməməsi ilə bağlı "fəaliyyətə başlayıb”. O, müvafiq dəyişiklikdən sui-istifadə edərək valideynlərdən pul toplayır. Müəyyən səbəblərə görə bir-iki gün şagird dərsə gəlməyən kimi direktor valideynlərə ismarıc göndərir və onlardan rüşvət alaraq şagirdlərə "qayıb” qoyulmasına imkan vermir. Məktəb direktoru şagirdlərin üzrlü səbəblərdən evdə qalması və dərsə gələ bilməmələrinə, valideynlərin müraciətlərinə də qulaq asmır və yalnız öz bildiyini edir. Məktəb direktorunun bu kimi hallarından artıq kəndə yaşayan insanlar təngə gəlib.

Göründüyü kimi rayon təhsil şöbəsinin müdiri direktorun əməllərinə haqq qazandırır. Modern.az da həmin məktəblə bağlı konkret faktlar olsa da təhsil şöbəsinin müdiri ona haqq qazandırır.

Təhsil şöbəsinin müdirindən soruşuruq, nəyə görə bir il öncə həmin məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılmışdı? Bir ildən sonra o, hansı yolla yenidən direktor təyin edildi.

Bizi izləyin. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]