Elm

MƏKTƏB DİREKTORU CASUS AXTARIŞINDA

29-02-2016, 20:41
Şirvanda fəaliyyət göstərən 21 nömrəli orta məktəbin direktoru Səadət Quliyeva özbaşına əməllərindən əl çəkmir

Şirvan şəhər 21 nömrəli orta məktəbdə cərəyan edən qanun pozuntuları, 22 ildir direktor işləyən Səadət Quliyevanın nazir Mikayıl Cabbarovun tapşırıqlarını lazımi səviyyədə icra edə bilməməsi barədə xəbər vermişdik. Qısaca xatırladaq ki, həmin yazıda ibtidai sinif müəllimələri Ülkər və Vəfa xanım, ingilis dili müəlliməsi Xəyalə xanımın Təhsil Nazirliyinin attestasiya imtahanından kəsildikləri halda direktor tərəfindən himayə edilmələri vurğulanmışdı: «Buna baxmayaraq, direktor həmin müəllimlərdən nəysə alaraq işdə saxlayıb. Hazırda adı çəkilən hər üç müəllimə bu təhsil ocağında dərs deyir. Bu isə o deməkdir ki, direktor təhsil naziri Mikayıl Cabbarovun əleyhinə gedir. Direktor həmçinin Şamaxı məktəblərindən birində adı gedən Rafiq Ağamalıyevi məktəbə qəbul edib. Hazırda həmin şagirdin 7 b sinfində təhsil aldığı bildirilir». Bu yazıdan sonra 21 nömrəli orta məktəbin direktoru Səadət Quliyeva bərk narahat olmağa başlayıb. Bu barədə Şirvandakı mənbələrdən məlumat almışıq. Məlumatda bildirilir ki, sözügedən problemlər ictimailəşəndən sonra Səadət Quliyeva təcili olaraq iclas keçirib: «Direktor iclas zamanı müəllimlərdən kiminsə onun haqqında mətbuata informasiya sızdırdığını deyib. Həmçinin heç kimdən və heç nədən çəkinmədiyini açıqlayıb. Bundan başqa, məktəb rəhbəri özünə yaxın müəllimlərin vasitəsilə zəhmətkeş məktubları yazdırmağa başlayıb. Hətta yazıda adı qeyd olunan müəllimlərdən birinin həyat yoldaşı məqaləni hazırlayan müxbirin əlini kəsəcəyini söyləyib». Biz Səadət xanıma, eləcə də məktəbin digər müəllimlərinə demək istəyirik ki, bizim işimiz nöqsanları ictimailəşdirmək, problemlərin həlli istiqamətində əlimizdən gələni etməkdir. Heç kimin hədəsi bizi qorxutmur. Çünki Azərbaycanda qanun ən ali səviyyədə dayanır və yüksək səviyyədə işləyir. Yaxşı olardı ki, direktor məktəbdə mövcud olan neqativ halları aradan qaldırsın. Bu arada, maraqlı bir məqama toxunmaq istəyirik. Deyəsən, Səadət Quliyeva 2009-cu ildə Kür çayının kənarında baş vermiş hadisəni yaddan çıxarıb. Hansı ki, həmin problem onun Hacıqabul Rayon Polis Şöbəsində rəis müavini işləmiş həyat yoldaşı Telman müəllimin köməkliyi ilə ört-basdır edilmişdi. Bizə həmin hadisənin təfərrüatları bəllidir. Növbəti yazıda məhz həmin məsələ haqda ətraflı məlumat verəcəyik. Sonda nazir Mikayıl Cabbarovdan, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev cənablarından bu təhsil ocağının fəaliyyətini yoxlatdırmalarını xahiş edirik. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]