Əsas Səhifə / Gündəm / Media

“Sərhədsiz Reportyorlar” Polad Aslanovu dərhal azad etməyə çağırıb

25-10-2020, 23:57

Turan: “Sərhədsiz Reportyorlar” xeberman.com saytının təsisçisi Polad Aslanovu  dərhal azad etməyə çağırıb.
Təşkilatın Tvitter akkauntunda deyilir ki, P.Aslanovun işi üzrə məhkəmədə dövlət ittihamçısı onu dövlətə xəyanət ittihamı ilə 17 il müddətinə azadlıqdan məhrum etməyə çağırıb.
“Polad Aslanov Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin korrupsiyası barədə materiallar dərc edib. “Sərhədsiz Reportyorlar” bu saxta ittihamları pisləyir və P.Aslanovu dərhal azad etməyə çağırır”, - məlumatda bildirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]