Əsas Səhifə / Gündəm

Jurnalist , Siyasi Məhbus Polad Aslanov Baş Prokurora və Ombudsman Aparatına rəsmi müraciət ünvanlayıb

4-06-2020, 19:57
 
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) - Səbinə Əliyevaya

Azərbaycan Respublikasının  Baş Prokuror Kamran Əliyevə

Müraciət

" Bildirirəm ki,Mən Aslanov Polad İsrayıl oğlu Xeberman.comPress-az.com saytlarının təsisçisi və baş redaktoruyam. Hər zaman müstəqil və bitərəf  Jurnalist olaraq fəaliyyət göstərmişəm.Fəaliyyətim dövründə Jurnalist peşəsinin prinsiplərinə sadiq qalmışam.Azərbaycan Respublikasının Konstitusiyasına zidd hərəkətlər etməmişəm.12 -iyun 2019-ci ildə ailəmlə birlikdə Biləsuvar Sərhəd Keçid Məntəqəsində saxlanılmışam və Bakıya Dövlət Təhlükəsizlik Xidmətinə gətirilmişəm,1 6saat ac,susuz,yuxusuz saxlanılmışam və vəkilsiz olmuşam.Niyə ,nə üçün saxlanılmağımla bağlı mənə və ailəmə məlumat verilməyib.Vəkilim Elçin Sadıqovla 14 iyunda həbs qəti-imkan tədbiri seçilmək üçün məhkəməyə gətirilməmişdən 1saat qabaq DTX-nin əməkdaşlarının və müstəntiqin iştirakı ilə görüşə bilmişəm.Həmin gecə məni DTX-nin girovluğunda olan 6 yaşlı qızım,anam və yoldaşımla hədələyib,hazır yazılmış ifadəni mənə əzbərlədib(yarım saata) video çəkiliş edib və imza atdırıblar.Əks təqdirdə həmin ifadəni mənim yoldaşımdan almaqla hədələyiblər.DTX-nin əlində yeganə "fakt" həmin ifadədir.Mən CM-nin 274 və 134-cü maddələri ilə ittiham olunuram.Ümumilikdə 8 ay İstintaq dövrü seçilib və 11-ay 8 gündür heç bir fakt,sübut olmadan Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılıram.Mən adiyyatı üzrə bütün dövlət orqanlarına rəsmi müraciət,ailəm isə rəsmi, elektron və sosial şəbəkə üzərindən müraciətlər etməsinə baxmayaraq işimə obyektiv baxılmır.Rəsmi müraciətim əsasında Baş Prokuror Zakir Qaralovun və müavini Rüstəm Usubovun dövründə açılmış cinayət işi araşdırılmadan bağlanılmış və qərar mənə göndərilməmişdir.Mənə aid 145 minlik Facebook səhifəm, elektron poçtum, telefon, kompyuter,nömrələrim hələ də DTX-i tərəfindən qaytarılmayıb.Ailəmə və Vəkillərimə dəfələrlə təzyiqlər olunub və Vəkilim Elçin Sadıqovun müraciəti əsasında İstintaqı aparan Müstəntiq Cavid Quluzadə mənə aid cinayət işindən uzaqlaşdırılmışdır.Mən dəfələrlə Baş Prokuror Zakir Qaralovun adına rəsmi müraciət ünvanladım ki,DTX-i mənim həbsində maraqlı olan tərəfdir,mənim əməlimi siz araşdırın,istintaqı siz aparın.Qanun da izin verdiyi halda müraciətimə baxılmadı.DTX-i ilə əməkdaşlıq edən bir neçə şəxslər İstintaqda əleyhimə ifadə veriblər,bir neçə şəxs isə əleyhimə ifadə verməyə məcbur edilib,hətta Siyasi məhbus anası həbsdə olan oğlu ilə hədələnmişdir.Alınan ifadələr isə heç bir fakta əsaslanmır.İstintaq dövrü üç vəkilim olub.Karatin dövrünə qədər 10na yaxın məhkəmə prosesi olub.Nə İstintaq dövründə ,nə məhkəmə proseslərində DTX-i məhkəməyə hər-hansı fakt təqdim edə bilib.Məhkəmə proseslərində isə bütün hüquqlarım pozulur.Məhkəməmə hakimlik edən hakimin belə təsadüf seçilməməsi bir daha həbsimin qondarma,sifariş olduğunu göstərir. 1998-2013 ci illərdə Keçmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin müstəntiqi, mühüm işlər üzrə baş müstəntiqi, şöbə rəisinin müavini vəzifələrində çalışmış, hazırda Bakı Ağır Cinayətlər məhkəməsində hakim vəzifəsində çalışan Faiq Qəniyev məhkəmə prosesimə sədrlik edir. Vəkillərimin indiyə qədər verdiyi 30dan çox vəsatətlər heç bir əsas olmadan rədd edilib.Növbəti məhkəmə prosesi 08.06.2020,saat 15:30-da olacaq.Mən bir vətəndaş olaraqSizdən Mənim ,  işimə obyektiv baxılmasını və ədalətli qərar verilməsini xahiş edirəm.

Polad Aslanov 
03.06.2020."
Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından

Administratorla əlaqə

077 611-55-22

[email protected]