Əsas Səhifə / Gündəm

MÜDAFİƏ NAZİRİ CƏNAB ZAKİR HƏSƏNOVA MÜDAFİƏ NAZİRLİYİ TİBB BAŞ İDARƏSİNİN RƏİSİ GENERAL-MAYOR CƏNAB NATİQ ƏLİYEVƏ.Müraciət

16-06-2018, 03:45
MÜDAFİƏ NAZİRİ CƏNAB ZAKİR HƏSƏNOVA MÜDAFİƏ NAZİRLİYİ TİBB BAŞ İDARƏSİNİN RƏİSİ GENERAL-MAYOR CƏNAB NATİQ ƏLİYEVƏ.Müraciət
Müraciət:

Jurnalist Polad Aslanov-un Həyatı Təhlükədədir.

Möhtərəm ali diqqət sahibləri!
Diqqətinizə ictimai vəkil olaraq çatdırmaq istəyirəm ki, Xeberman.comsaytının təsisçisi və baş redaktoru, 1989-cu ildə anadan olmuş Aslanov Polad İsrayıl oğlu "C" qateqoriyalı ( sülh dövrü üçün yararsız, müharibə dövrü üçün məhdud yararlı) hərbi çağırışçı olmasına baxmayaraq 19.04.2018-ci il tarixdə, qəfil şəkildə həqiqi hərbi xidmət keçməsi üçün Naxçıvan Muxtar Respublikasına aparılmışdır. Hərbi xidmətə yola salınma ərəfəsində onun yararsızlığını təsdiq edən hərbi bileti və həmçinin ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı şəxsiyyət vəsiqəsi aldadılaraq ondan alınmışdır. Nəticədə Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissəyə sonra səhhəti qeyri-kafi sağlamlıq durumuna uyğun olaraq pisləşmiş, nəticədə ilkin olaraq tibb məntəqəsinə sonra isə hərbi hospitala yerləşdirilmişdir. Aslanov Polad İsrayıl oğlu qeydiyyatda olduğu Nərimanov Rayonu üzrə ilk dəfə olaraq Hərbi Həkim Komsiyasının qənaətə gəldiyi tibbi rəy üzrə hərbi xidmətə sülh dövrü üçün yararsız, müharibə dövrü üçün məhdud yararlı çağırışçı kimi şəhadətləndirilmiş, bu barədə onun hərbi biletinə müvafiq qeydlər aparılmışdır.

Hazırkı yaşına qədər aparılan müalicələr effekt vermədiyindən mövcud status-kvo məhz 19.04.2018-ci il tarixə qədər dəyişməmişdir. Ürək, qan-damar xəstəliyindən əziyyət çəkən Aslanov Polad İsrayıl oğlunun qeyri-qənaətbəxş sağlamlıq durumu "Hərbi Həkim Ekspertizası Haqqında Əsasnamənin" 42-43 cü maddələrinə uyğun olaraq təsnif edilir: Bununla belə Polad Aslanov hərbi xidmətə aparılarkən çəkisi ehtiyyac meyarında 4 kg aşağı,yəni 41 kg olmuşdur. Ağalsığmazdır ki, məhz ona hərbi hissənin tibb məntəqsəsində çəkisinin qaldırılması üçün istifadə edilən iynələr vurulmuşdur. Ehtimalın doğruluğu ondan ibarətdir ki, mövcud faktiolji məqamlardan sonra Polad Aslanovun ifrazat problemləri yaranmışdır. Bu isə süni çəki artırmaya bilərəkdən edilən cəhd kimi dəyərləndirilməlidir. Maraqlıdır ki, sağlamlığı ilə bağlı kifayət qədər məhdudiyyət içərisində yaşayan Polad Aslanova hərbi hospitalda "Kəskin Bronxit" diaqnozunun qoyulması belə onun hərbi xidmət keçməsi ilə bağlı məhdudiyyət və təxris fikiri, ümumiyyətlə profilaktik-stansionar müalicə tədbiri təminatını formalaşdırmayıb. Azərbaycan Respublikasının Hərbi Xidmət Keçmə Haqqında Qanunun "41.0.1"-ci maddəsinə əsasən xəstəliklə bağlı hərbi xidmətdən vaxtından əvvəl təxris etmə nəzərdə tutulur. Ümumiyyətlə mövcud ağlasığmaz, həyati əhəmiyyətə səbəb olmuş problem üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Nərimanov Rayon Komissarlığı birbaşa məsuliyyət daşıyır. Polad Aslanovun hazırkı həyati durumu təhlükə altındadır. Onu da qeyd edim ki, Polad Aslanova hospitalda tibbi müayinə və müalicəsi ilə bağlı 10 gün əlavə istirahət, həmçinin ailəli hərbi qulluqçulara Ramazan bayramı ilə bağlı 5 günlük məzuniyyət imkanı tanınmayıb. Digər hərbi qulluqçular isə bu imkandan maneəsiz istifadə ediblər. Ən azından onun bir azyaşlı övladının olmasının nəzərə alınmalı olduğu halda çox təəssüff ki, bu durum reallaşmayıb.

Möhtərəm diqqət sahibləri! Tərəfimdən ifadə edilən gerçəkliyi əks etdirən qeydlərə, sadlanan faktialoji gerçəkliklərə əsasən sizlərdən xahiş edirəm ki, Aslanov Polad İsrayıl oğlunun obyektiv, qərəzsiz hərbi həkim komissiyasından yenidən keçməsi haqqında, həmçinin hərbi xidmətə yararsız olduğu təqdirdə hərbi xdimətdən təxris edilməsi ilə bağlı göstəriş verəsiniz. Əks təqdirdə mövcud gedişat Polad Aslanovun həyatını birdəfəlik itirməsinə doğru meyl edir.
MÜDAFİƏ NAZİRİ CƏNAB ZAKİR HƏSƏNOVA  MÜDAFİƏ NAZİRLİYİ TİBB BAŞ İDARƏSİNİN RƏİSİ GENERAL-MAYOR CƏNAB NATİQ ƏLİYEVƏ.Müraciət

Hörmətlə:İctimai Vəkil Samir Zeynalov.

Administratorla əlaqə

077 611-55-22

[email protected]