Əsas Səhifə / Gündəm / Ölkə

Jurnalistin xanımı Cənab Ramil Usubova və Cənab Baş Prokuror Zakir Qaralova müraciət etdi.

27-02-2019, 14:20
Bu barədə Jurnalist Polad Aslanovun xanımı Gülmira Aslanova məlumat verib.
Bildiyiniz kimi Xeberman .com xəbər portalının baş redaktoru Polad Aslanov cəmiyyətdə baş verən haqsızlığa, qanunsuzluğa qarşı öz qələmi ilə sinə gəlmişdir. Bu Şərəfli mübarizəyə görə jurnalist Polad Aslanov cəza olaraq 19 aprel 2018-ci il tarixdə qeyri-qanuni şəkildə hərbi xidmətə aparılmışdı. P.Aslanovun sağlamlığı onun hərbi xidmətə getməsinə imkan vermirdi.(Çəkisi 42kq,ürəyinin damarında blok).Polad Aslanovun Hərbi xidmətə yararsız olduğu haqqında Nərimanov rayon Komisarlığı tərəfindən Hərbi bilet də(Sülh dövrü hərbi xidmətə yararsız,müharibə dövrü qismən yararlı) verilmişdi. Polad Aslanovun yaşadığı ünvana Hərbi xidmətə aparılması barəsində çağrış,xəbərdarlıq haqqında heç bir rəsmi məlumat göndərilməmişdi.
Jurnalistin xanımı Cənab Ramil Usubova və Cənab Baş Prokuror Zakir Qaralova müraciət etdi.
Məlum qanunsuzluqlardan sonra özünü vəkil kimi qələmə verən Samir Zeynalov adlı şəxs Polad Aslanovun Xeberman.com facebook səhifəsinə yazaraq Polad Aslanova kömək etmək istədiyini bildirmişdir.İlk əvvəl Samir Zeynalovun bu təklifini rədd etdim.Sonra özünün İctimai vəkil olduğunu,təmənnasız olaraq Polad Aslanova ictimai dəstək olmaq istədiyini bildirdi.Mən təklifi qəbul etməklə yanaşı onun gördüyü işin müqabilində 250AZN maddi vəsait də ödədim..Zaman keçdikcə Samir Zeynalov İctimai vəkil kimi deyil,özünü "reket" kimi aparmağa başlamışdır.Və mənə müdaxilələr edirdi.Polad Aslanovun profilində Təbrik,təşəkkür və ya Ailəm haqqında hər hansı bir nə yazırdımsa bu şəxs məni təhqir atəşinə tuturdu. Mən isə bu şəxsə bildirirdim ki,sən mənə və saytımıza müdaxilə edə bilməzsən.Samir Zeynalov isə mən istədiyim vaxt sizin saytınızı bağlatdıraram deyə bildirmişdi.Sonuncu dəfə Samir Zeynalov Xeberman.com səhifəsinin inboxuna "Baş Prokurorun müavinləri Rüstəm Üsubov və Kamran Əliyev böyük korrupsiyada"başlıqlı videonu göndərərək paylaşmağımı istədi.Hətta Samir Zeynalov mənə bildirdi ki,O bu videoda çıxış edən Ülviyyə Abdalovanı müdafiə etdiyinə görə onun evinin damını gecə ikən yandırdılar.Mən Samir Zeynalova videonu paylaşmayacağımı bildirdim.Samir Zeynalov isə öz növbəsində başladı məni təhqir etməyə.Və mən bu şəxsi blok etdim.Bu insan isə durmadı.Vatsapda bir neçə nömrələrlə, Xeberman.com səhifəsində saxta profillərlə,elektron ünvanımıza durmadan Polad Aslanovu və ailəsini siz qorxaqsız,vicdansızsız ...və s.təhqir və tənqid atəşinə tuturdu.Bir neçə nömrələrlə günün istənilən saatı vatsapla zənglər edirdi.
Dostlar qeyd edim ki,Polad Aslanovun Hərbi xidmətdən təxris olunmasına iki aydan az bir vaxt qalıb,Mən bilmirəm bu şəxs kimdi,və Polad Aslanovdan və ailəsindən bu şəxs nə istəyir?
Mən Samir Zeynalovun barəsində Baş Prokrorluğun Qaynar xəttinə zəng edib şikayətimi bildirdim.Nərimanov Rayon Prokrorluğuna ərizə ilə müraciət etmişəm.Prokrorluqdan işi 17nömrəli Polis Bölməsinin Tədqiqatçısı Elnur müəllimə(soy adını unutmuşam) yönləndiriblər.Mən burdan
Cənab Daxili İşlər Naziri Ramil Usubovdan,
Cənab Baş Prokuror Zakir Qaralovdan xahiş edirəm Samir Zeynalov Şahbaz oğlunun barəsində qanun çərçivəsində tədbir görəsiz.

Administratorla əlaqə

077 611-55-22

[email protected]