Əsas Səhifə / Xəbərlər / Şikayət

Oktay Gülalıyev: Əhsən Nuruzadə və Məhəmmədəli Axundzadəyə qarşı zorakalıq edərək "kars"-a salıblar

20-05-2019, 00:23
Hakimiyyətin işgəncə maşını yenə fəaliyyətdədir. Bu dəfə Qarabağ qazisi, AXCP fəalı Babək Həsənova 6 saylı Çəza Çəkmə müəssisəsində işgəncə verib "kars"- a salıblar. Babək bəy İstintaq Təcridxanasından adı çəkilən "zona"-a yenicə etap olunub. Çox güman ki, özünü həbs düşərgəsində "yaxşı" aparması üçün gözünü qırıb ram etmək məqsədilə ona işgəncə veriblər. Bu "islahat" Azərbaycan həbsxanalarına xas xüsusiyyətdir...

Press-az.com-un məlumatına görə, Siyasi Məhbusların Müdafiə Mərkəzinin (SMMM) koordinatoru Oktay Gülalıyev bu barədə özünün facebook səhifəsində yazıb.
Əldə etdiyimiz məlumata görə 6 saylı CÇM- də daha 2 məhbusa- Ahsan Nuruzade (Əhsən Nuruzadə) və Məhəmmədəli Axundzadəyə qarşı zorakalıq edərək "kars"-a salıblar. Ehtimal ki, onlar Babek Hesenova edilən işgəncəyə və haqsızlığa etiraz ediblər və ona görə də onları da "kars"- a salıblar...

Çox acınacaqlı haldır ki, hakimiyyət sözdə Qarabağın azadlığından danışır, amma əməldə hər gün bizi Qarabağdan uzaqlaşdırmağa çalışır. Paşinyanın gəlib Şuşada "Yallı" getməsinə şərait yaradır, göz yumur. Digər tərəfdən də insanlarımızın döyüş, mübarizə əzmini məhv etmək üçün Babək Həsənov, Asif Yusifli, Efqan Muxtarli, Saleh Rustamov kimi Qarabağ qazilərini şərləyib həbs edir, onlara işgəncə verir...

Hüquqi dövlət qurmaq iddiasından bəhs edir, amma qanunları ayaqlar altına salır, seçkiləri saxtalaşdırır, məhkəmələri iflic edir, ailə hakimiyyəti qurur. Ahsan Nuruzade, Məhəmmədəli Axundzadə, Tale Bağırzadə kimi imanlı şəxsləri, Seymur Hezi kimi azad cəmiyyət uğrunda mübarizə aparlanları şərləyib həbsdə saxlayır.

Ona görə də qanunsuz həbslərin qarşısını almaq, işgəncə və repressiyalara "yox" demək, hüquqi dövlət qurulması uğrunda hamımız səfərbər olub vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik. Bir yerdə siyasi məhbuslara azadlıq tələb etməliyik!

Administratorla əlaqə

077 611-55-22

[email protected]