Reportaj

Müsəlman Birliyi Hərəkatının (MHB) koordinatoru Ə. Nuruzadə ev dustaqlığına buraxılmayıb

19-01-2018, 20:24
Müsəlman Birliyi Hərəkatının (MHB) koordinatoru Ə. Nuruzadə ev dustaqlığına buraxılmayıbYanvarın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının (MHB) koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirildi. Məhkəmə prosesində Əhsən Nuruzadənin özü və onun hüquqlarını müdafiə edən hüquqşünas Yalçın İmanov, vəkil Fariz Namazlı, dövlət ittihamçısı Orxan Dəmirli, eləcə də media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Müdafiə tərəfi bir neçə vəsatətlə çıxış ediblər: iş üzrə icraata xitam verilməsi, bəzi sənədlərin yolverilməz sübutlar kimi sübutlar siyahısından xaric edilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, Ə. Nuruzadənin müdafiəçilərinin yanında əyləşməsi və bir nəfər şahidin şahid qismində dindirilməsi.

Hakim S. Hüseynov digər vəsatətlərin təmin edilmədiyini, lakin şahid qismində dindirilmə ilə bağlı və bəzi sənədlərin yolverilməz sübutlar kimi sübutlar siyahısından xaric edilməsi ilə bağlı vəsatətlərin baxılmamış saxlanıldığını bildirərək, məhkəmə baxışında bu məsələlərin yenidən müzakirə oluna biləcəyini qeyd edib. Daha sonra növbəti məhkəmənin 23 yanvar saat 16:30-da davam edəcəyi elan olunub.

Qeyd edək ki, Müsəlman Birliyi Hərəkatının (MHB) kordinatoru Əhsən Nuruzadə oktyabrın 6-sı saat Səməd Vurğun bağınınn yaxınlığında qara rəngli "JEEP" markalı maşın tərəfindən naməlum istiqamətə aparılıb. Sonradan onun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı məlum olub. Oktyabrın 10-da ona qarşı cinayət işi açılıb. Ə. Nuruzadənin vəkili Yalçın İmanov onun Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunması barədə məlumat verib. Yaxınları onun ictimai fəaliyyətinə görə həbs edildiyini bildirir. Hal - hazırda Ə. Nuruzadə Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasındadır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]