Siyasət

Onlardan qisas və intiqam alır

29-03-2017, 17:33
Həbsdə olan bir çox siyasi məhbuslarla bu hakimiyyət illər uzunudur ki, açıq- aşkar ədavət aparır. Onlardan qisas və intiqam alır. Həmin şəxslərdən bir neçəsini qeyd etmək istəyirəm;
Keçmiş səhiyyə naziri Əli İnsanov mövcud hakimiyyətə boyun əymədiyinə görə 11 il haqq etmədiyi cəzanı çəkdi. Cəzasının bitməsinə saylı günlər qalmış qondarma və külünc ittihamlarla yenidən şərlənib həbsdə saxlanıldı. Hazırda ona qarşı əlavə 3 maddə ilə cinayət işi açılıb. Yaxın günlərdə məhkəməsi başlayacaq. Əli İnsanovu özünə rəqib sayan hakimiyyət ona qarşı sərgilədiyi aşırı qisascı və qısqanc münasibəti ilə onu yüksəldib özünü daha da nüfuzdan salır...
2013- cü ildə İsamyıllıda baş vermiş xalq üsyanına heç bir aidiyyatı olmayan REAL Hərəkatının sədri İlqar Məmmədov da hakimiyyət üçün arzu olunmaz şəxslərdən biridir. Başda Avropa Məhkəməsi olmaqla az qala bütün dünyanın müdafiə və tələb etməsinə baxmayaraq hakimiyyət onu da azadlığa buraxmaq istəmir. Əksinə həbsxanada tez- tez onu incidir, işgəncəyə məruz qoyur, xəstə olmasına baxmayaraq normal şəkildə müalicə olunmasını təşkil etmir. Ona qarşı da açıq- aşkar qisasçılıq edir.
Hakimiyyətin müxalif dindarlara qarşı göstərdyi münasibət daha amansızdır. İslam partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədov 2011- ci ilin yanvar ayından həbsdədir. Həbsdə olduğu müddətdə dəfələrlə işgəncələrə və qeyri- insani münasibətə məruz qalıb. Cəzasının 2 ilini Qobustan Qapalı Həbsxanasında ağır rejimdə çəkib 12 saylı CÇM- nə qayıdan kimi yenidən ona qarşı təzyiqlər başlayıb. Bir neçə gün öncə isə adı çəkilən CÇM- də məhbuslara verilən işgəncələrə etiraz etdiyi üçün 2 aylıq "kars"- a salınıb. Məqsəd onu cəmiyyətdən tam təcrid etmək, yenidən Qobustan həbsxanasına göndərib cəza şərtlərini ağırlaşdırmaqdır...
Siyahını uzatmaq olar. Hakimiyyət bu insanlara qarşı o qədər qərəzli, aşırı və haqsız münasibət sərgiləyir ki, öz davranışı ilə özünü ifşa edib həmin şəxslərin nüfuzunu qaldırır. Adları yuxarıda qeyd olunan 3 siyasi məhbus bütün dünyanın tanıdığı, hörmət etdiyi və azadlığı tələb olunan şəxslər, onlara qarşı qərəzli və amansız münasibət sərgiləyənlər isə tənə və ittiham obyektidir. Məncə nəticə çıxarmaq üçün maraqlı müqayisədir. Xüsusən də hakimiyyət üçün...

Hüquq müdafiəçisi Oktay Gülaliyev

Administratorla əlaqə

077 611-55-22

[email protected]