Siyasət

Oqtay Gülalıyev yenə polisə çağırıldı

23-10-2016, 20:41

"Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.Polis əməkdaşları onun evinə gediblər, ancaq hüquq müdafiəçisi evdə olmayıb. Bundan sonra ona telefon edərək təcili paytaxt polisinə çağırıblar, lakin səbəbini açıqlamayıblar.

O.Gülalıyev iki gün öncə açıqlanmış 166 nəfərlik siyasi məhbus siyahısının müəlliflərindən biridir.O, oktyabrın 14-də də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

Hüquq müdafiəçisi ondan əvvəl də Nardaran hadisələri ilə bağlı tutulanların siyahısını açıqlamışdı.Onun deməsinə görə, idarə əməkdaşları siyahının mətbuatda açıqlanmasına, işgəncə olması haqda yazılanlara narazılıq ediblər.

O.Gülalıyev deyib ki, hətta işgəncə ilə bağlı yazdıqları idarənin nüfuz və imicinə zərbə kimi dəyərləndirilib:«Məndən tələb edilən o idi ki, ictimai-siyasi fəallığı dayandırım. Bunu özümə qarşı xəbərdarıq kimi dəyərləndirirəm. Həm də işarə etdilər ki, bu fəallığı dayandırmadığım halda, daha ciddi nəticələr ola bilər».

Axşam saatlarında O.Gülalıyev Bakı Baş Polis İdarəsindən qayıdıb. İdarədən çıxandan sonra o deyib ki, polisə çağırılması övladları ilə bağlı olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]