Analitika

ABŞ-ın yeni MÜHARİBƏ MEYDANI və Azərbaycan... – Tehrandan HƏYƏCAN TƏBİLİ

6-02-2018, 21:05
Əfqanıstanda terror fəallığının artması ABŞ-ın İŞİD döyüşçülərini bu ölkəyə göndərməsi ilə bağlıdır.

Publika.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri bildirib.

“Amerikalılar gördülər ki, İŞİD İraq və Suriyada tutduğu əraziləri itirdi, döyüşçüləri müxtəli yollarla Əfqanıstana daşıdılar. Biz Əfqanıstanda partlayışlar, terror və yeni cinayətlərin şahidi oluruq”, - Baqeri söyləyib.

Xatırladaq ki, yanvarın sonunda Əfqanıstanın paytaxtı Kabildə terror aktlarının seriyası baş verib. Döyüşçülər qrupu yanvarın 29-da Milli Müdafiə Universitetinə hücüm ediblər. Hücum vaxtı 10-dan çox hərbi qulluqçu həlak olub. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Bundan başqa, Kabildə diplomatik korpusların yerləşdiyi rayonda partlayış törədilib. Partlayışda 100-dən çox insan həlak olub. Partlayışa görə məsuliyyət Taliban təşkilatı üzərinə götürüb.

Qeyd edək ki, ABŞ-ın İŞİD döyüşçülərini İraq və Suriyadan Əfqanıstana daşıdığı barədə iddialar birinci dəfə səslənmir.

Daha əvvəl İranın keçmiş müdafiə naziri Əhməd Vahidi bildirib ki, Qərb gücləri İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətindən sonra döyüşçüləri Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirir.

“Qərb gücləri İŞİD-i dəstəkləyərək onun İraq və Suriyada məğlub olmamasına çalışırdılar. Amma bu ölkələrdə İŞİD-in məğlubiyyətindən sonra terror qruplaşmasının üzvlərini Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirirlər”, - o deyib.

Moskva da Tehranın mövqeyini bölüşür. Rusiya Xarici İşlər Nazirliyi ikinci Asiya şöbəsinin direktoru Zamir Kabulov “Rossiya 24” telekanalının efirində ötən həftə deyib ki, Moskva İŞİD döyüşçülərinin Mərkəzi Asiyaya hücum etməyə başlayacağı anda yatıb qalmamağa çağırır. Onun sözlərinə görə, İŞİD döyüşçülərinin Mərkəzi Asiyaya hücum ssenarisinin reallaşma təhlükəsi artıb. Rusiyalı diplomat vurğulayıb ki, İŞİD Əfqanıstana amerikalılara qarşı cihad üçün gəlməyib.

“İŞİD bu ölkəyə Mərkəzi Asiyaya sonrakı ekspansiya üçün müharibə meydanı yaratmaq üçün gəlib. Bu, çox ciddi məsələdir. Mən demirəm ki, onlar artıq Mərkəzi Asiyaya hücum edirlər, onlar buna hazırlaşırlar. Əgər biz bu anda yatıb qalacağıqsa, onda həqiqətən Amudərya və Pyanj çayları üzrə sərhəddə MDB və KTMT-dəki müttəfiqlərimizlə böyük gücdən istifadə etməli olacağıq”, - o bildirib.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının İraq və Suriyada aldığı hərbi məğlubiyyətlər cihadçıları taktikanı dəyişdirməyə məcbur edir. Qiymətləndirmələrə görə, yaxın perspektiv üçün terrorçuların bazası Əfqanıstana yerini dəyişə bilər. Hakimiyyətin radikalların öhdəsindən gələ bilmədiyi bu ölkədə terrorçuların fəaliyyəti üçün münbit şərait var.

“Yeni müharibə meydanı yaranır, MDB ölkələri...” – Moskvadan QORXUNC XƏBƏRDARLIQ
Əfqanıstanda İŞİD-in mərkəzinin yaranması postsovet sərhədləri, xüsusilə, Rusiya üçün təhlükə təşkil edir. İŞİD-in İraq və Suriyadan Mərkəzi Asiyaya “köçməsi” isə regiona yaxın olan Azərbaycan üçün də təhlükənin olduğunu deməyə əsas verir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]