Əsas Səhifə / Dünya

İŞİD: Mançesterdəki terror “müsəlman torpaqları”na hücuma görə qisasdır

23-05-2017, 23:07

“İslam dövləti” qruplaşması Mançesterdəki terror aktını “müsəlman torpaqları”na hücuma görə qisas adlandırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Telegraph” nəşri ekstremistlərin “Amaq” agentliyi vasitəsi ilə yaydığı bəyanata istinadən məlumat verir.

“Xilafətin bir döyüşçüsü Mançesterdə səlibçilərin toplaşdığı yerdə partlayıcı qurğunu işə salmağa müvəffəq olub”, - yaraqlıların bəyanatında bildirilir.

Qeyd olunur ki, hücum əvvəlcədən planlaşdırılmışdı.

Bununla belə, ekstremistlər nə terrorçunun fotosunu, nə də onun kimliyini açıqlamayıblar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, terror aktını 23 yaşlı yaraqlı Selam Abidi törədib. Hücum nəticəsində 22 nəfər ölüb, daha 59 nəfər isə yaralanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]