Gündəm / Dünya

İŞİD-in “ali müftisi” məhv edilib

21-06-2017, 01:03

İŞİD terror qruplaşmasının “ali müftisi” Turk Al-Bel-əli zərərsizləşdirilib.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın rəhbərliyi etdiyi beynəlxalq koalisiyanın yaydığı bəyanatda deyilir.

“Koalisiya qüvvələrinin mayın 31-də Suriyanın Məyadin şəhərinin bombardman etməsi nəticəsində İŞİD-in “ali müftisi” Turk Al-Bel-əli məhv edilib”, - məlumatda deyilir.

Qeyd olunur ki, Al-Bel-əli xaricdən döyüşçülərin cəlb edilməsində və bütün dünya üzrə terror aktlarının təşkil olunmasında əsas rol oynayırdı.

İŞİD terror qruplaşması hələlik xəbərə münasibət bildirməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]