Dünya

Əfqanıstanda hərbi bazaya hücum: 50 ölü, 15 yaralı

21-04-2017, 23:03

Əfqanıstan ordusu geyimində olan yaraqlılar ölkənin şimalındakı hərbi bazaya hücum ediblər. Nəticədə 8 hərbçi öldürülüb, 15 nəfər isə yaralanıb.

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, Pajvak agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, insident Bəlx əyalətində baş verib. Əvvəlcə terrorçu kamikadze hərbi bazanın yaxınlığında minalanmış avtomobili partladıb. Sonra yaraqlılar iki “pikap” tipli avtomobillə bazanın ərazisinə daxil olaraq əsgərlərə atəş açıb. Hücum edənlərin birinin ələ keçirildiyi bildirilir. Hücumun məsuliyyətini Taliban hərəkatı üzərinə götürüb.

Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu Taliban hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Belə ki, ölkənin şimalındakı Qunduz şəhərini və hökumət qüvvələrinin forpostu sayılan Sanqin şəhərini ələ keçirən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administirativ mərkəzi uğrunda döyüşlər aparır. Həmçinin regionda İŞİD qruplaşmasının da təsir dairəsi artmaqdadır.

21:48

Hücum zamanı 50-dən çox insan həlak olub.

Bu barədə ABŞ hərbi komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas məlumat verib.

“İlkin məlumata görə, hücumun hədəfi əfqan hərbçilərinin və ola bilsin ki, bazada işləyən mülki şəxslərin toplaşdığı məscid və yeməkxana olub”, - deyə Tomas brifinqdə bildirib. Onun sözlərinə görə, hücum edənlərin bir neçəsi cavab atəşi ilə öldürülüb.

Hücum zamanı ABŞ koalisiyasının hərbi qulluqçularının zərər çəkmədiyi bildirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]