Dünya

İran prezidenti dünya ictimaiyyətinə müraciət etdi

8-06-2017, 10:49

İran Prezidenti Həsən Ruhani Tehranda törədilən terror aktları ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.

Xeberman.com xəbər verir ki, bu barədə çərşənbə günü İSNA agentliyi məlumat yayıb.

“Terrorizm qlobal məsələdir. Bu problemin tamamilə aradan qaldırılması üçün dünya dövlətləri mütləq birləşməlidirlər”, - prezidentin bəyanatında deyilir.

Xatırladaq ki, çərşənbə günü səhər saatlarında silahlı şəxslər İran parlamentinə hücum ediblər, daha sonra Ayətulla Xomeyninin mavzoleyində terror aktı törədilib. Törədilən terror aktlarına görə məsuliyyəti “İslam dövləti” terrorçuları öz üzərinə götürüblər.

Tehranda törədilən terror aktları zamanı 12 nəfər ölüb, 43 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]