Kriminal

İŞİD Fransada niyə terror törətdiyini açıqladı

14-11-2015, 19:54
İŞİD Fransada niyə terror törətdiyini açıqladı

İŞİD Fransada niyə terror hücumu həyata keçirdiyini açıqlayıb.

ANSPRESS-in məlumatına görə, terror təşkilatı peyğəmbərin təhqirinə və Fransanın Suriyadakı hava hücumlarında iştirak etdiyinə görə terror aktlarının həyata keçirildiyini bəyan edib.

Təşkilat hücumların Fransanın hazırkı siyasəti davam etdirdiyi müddətə qədər davam edəcəyini və bu terror aktının onların Fransaya bir xəbərdarlıq mesaji olduğunu deyib bildirib.

İŞİD-ə yaxın saytlar terror aktını “Avropanın 11 Sentyabrı” kimi şərh ediblər. Parisdə isə hücumu həyata keçirən terrorçulardan biri həbs edilərkən “Mən İŞİD-in üzvüyəm” deyə şuar səsləndirib.

Xatırladaq ki, Fransada matəmə səbəb olan terror aktları “Bataclan” incəsənət mərkəzində və onun konsert zalında, həmçinin "Kamboca" restoranında, “Le Karilyon” və "Bellek Ekip" barlarında, “Les Halz” ticarət mərkəzində, Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi yerlərdə baş verib.

Hücumdan sonra Rusiya da daxil olmaqla bir çox dövlətlər Fransaya uçuşları təxirə salmaqla yanaşı, Fransanda yerləşən səfirlikərin də təhükəsizlik tədbirlərini gücləndiriblər. Hətta Polşa höküməti terror aktılarının baş verəm qorxusu ilə dövlət sərhədlərini miqrantların üzünə bağlayıb.

Onu da qeyd edək ki, Fransa Suriyada koalisiya qüvvələrinə dəstək vərən dövlətlərdən biridir. Fransua Olland G20 sammitində İŞİD-in necə məhv ediləcəyi barədə müzakirələrin aparıldığını bildirmişdi.
Karabakhmedia.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]