Xəbərlər / Kriminal

Sevil-Sevinc bacılarının avtomobillə vurduğu şəxsin vəziyyəti kritikdir – YENİLƏNİB + FOTO

5-04-2017, 16:52



Bu gün səhər müğənni Sevinc-Sevil Səfərova bacılarının törətdikləri qəza nəticəsində yaralanan kişi 1 saylı Şəhər Kliniki Xəstəxanasının (“Semaşko”) reanimasiya şöbəsinə yerləşdirilib.

Xeberman.com yeniçağ.az-a istinadla xəbər verir ki, zərərçəkənin adı Zöhrab Ağayevdir. O, bu gün səhər ağır kəllə-beyin xəsarəti ilə reanimasiyaya yerləşdirilib.

Zöhrab Ağayevin həkimi neyrocərrah Nicat Məmmədov xəstənin vəziyyəti ilə bağlı açıqlama verib:

“Zöhrab Ağayevin kəllə sümüyü sınıb. O, açıq kəllə-beyin xəsarəti ilə xəstəxanamıza daxil olub. Hazırda vəziyyəti çox kritikdir. Çünki burada yaş faktoru da var. Müayinələr aparılır.

Yəqin ki, cərrahi müdaxiləyə də ehtiyac olacaq. Hər an hər şey ola bilər. Allahdan ümid kəsilməz”.


11:37

Bu gün müğənni-aparıcı Sevinc və Sevil Səfərovalar yeni aldıqları avtomobillə qəza törədib.

Xeberman.com Qafqazinfo-ya istinadla xəbər verir ki, ifaçıların mətbuat xidmətindən piyadanın heç bir xəsarət almadığı bildirilib.

“Piyada 87 yaşlı kişidir. İndi vəziyyəti çox yaxşıdır, xəsarət almayıb. Hadisə baş verdiyi ərazidə piyada keçidi olmayıb. Həmin şəxs ərazidən yolu keçməyə çalışıb. Avtomobil piyadaya toxunmayıb. Sadəcə olaraq yaşlı insandır, özünü tarazlaya bilməyib, yerə yıxılıb. Amma avtomobil kişiyə dəyməyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub”,-deyə açıqlamada qeyd olunur.

11:04

Bu gün iki məşhur müğənni bacı - Sevinc və Sevil Səfərovalar yeni aldıqları avtomobillə ağır qəza törədiblər.

Xeberman.com qaynarinfo-ya istinadən xəbər verir ki, bu gün təxminən səhər saat 09:00 radələrində bacıların idarə etdiyi “Dodge Durango” markalı avtomobil İçərişəhərin yaxınlığında, “Qoşa qala qapısı” adlanan ərazidə yolu keçən yaşlı bir kişini vurub.

Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

vaqif abdullayev
Xeberman.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]