Kriminal

Lənkəranda avtomobil azyaşlını vurub.

13-08-2016, 04:31

"Xeberman.com xəbər verir ki, avtoqəza Lənkəran rayonunun Xolmili kəndində baş verib. 

Kənd sakini, 22 yaşlı Qədirli Yusif Adil oğluna məxsus, 42 BV 737 dövlət qeydiyyat nişanlı "Mercedes" avtomobili həmin kəndin sakini 3 yaşlı Kazımova Zeynəb Sadiq qızıı vurub.
Piyadanı vuran şəxs təcili olaraq yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Qapalı kəllə-beyin travması və sümük sınıqları ilə reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyəti hələ ki, ağır qiymətləndirilir.

Hadisə yerində olan şahidlərin sözlərinə görə, qəzanı törədən sürücü zərərçəkənin qonşusudur. Qəza zamanı avtomobili kimin idarə etməsi isə hələlik tam dəqiqləşdirilməyib.
Faktla bağlı araşdırma aparılır.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]