Kriminal

Goranboyda arvadı ilə mübahisə edən kişi intihara cəhd edib

10-08-2016, 04:13
Goranboy rayonunda 50 yaşlı kişi intihara cəhd edib.
Xeberman.com-un  verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli kəndində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü A.Ə. həyat yoldaşı ilə mübahisə zəminində sirkə turşusu içərək intihara cəhd edib.
Zərərçəkən ətrafdakı insanların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub, hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparılır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]