Ölkə

Abid Şərifovun şirkətində qəza: 2 fəhlə ağır yaralandı

10-07-2016, 20:07

Abid Şərifovun şirkətində qəza: 2 fəhlə ağır yaralandıBu gün Ələt-Astara avtomobil yolunu inşa edən "EVRASCON” şirkətində tikinti işləri aparılan zaman qəza baş verib.

Xeberman.com Virtualaz.org saytı Şirvan bürosununa istinadən  verdiyi məlumata görə, yeni çəkilən yolun Salyan rayonunun Çuxanlı kəndindən keçən hissəsində şirkətə məxsus "Mitsubishi pikap” markalı 99 AD 958 dövlət nömrə nişanlı avtomaşınla "EVRASCON”-un fəhlələri – 1973-cü ildə anadan olmuş Ceyranbatan qəsəbə sakini Əzimov Habil Cəmil oğlu və 1983-cü ildə anadan olmuş Siyəzən rayon sakini Səfərli Əbdül Şahbala oğlu vurulub.

Hadisənin avtomaşının əyləc sistemindəki nasazlıq ucbatından baş verdiyi deyilir.

Hər iki yaralı təcili Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onlara tibbi yardım göstərilib. Yaralı Habil Əzimov qapalı kəllə-beyin travması aldığı üçün vəziyyəti ağır qiymətləndirilir. O, hazırda reanimasiya şöbəsindədir.

Əbdül Səfərli isə döş qəfəsinin əziyi və bədən sıyrıqları xəsarətləri ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.

Xatırladaq ki, "EVRASCON” şirkəti baş nazirin müavini Abid Şərifovun ailəsinə məxsusdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]