Kriminal

Bakıda dərsdə səs salan şagirdi müəlliminin oğlu döydü: xəstəxanalıq oldu

20-09-2016, 02:26
Qaradağ rayonunun Ələt qəsəbəsində məktəbli uşaq döyülüb. Xeberman.com-un məlumatına görə, 1 saylı Şəhər Kliniki Xəstəxanasından "Report”a bildirilib ki, 16 yaşlı Muradov Mustafa Fazil oğlu kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 127 saylı məktəbin şagirdi Mustafa Muradovu müəlliminin oğlu döyüb. Hadisə Mustafanın müəllimin dərsində nadinclik etməsi üstündə baş verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]