Kriminal

Avtomobil qum topasına çırpıldı - "Mən nə bilim, gəldik ilişdik" - VİDEO

10-10-2016, 21:40
 
Lənkəranda yol qəza hadisəsi baş verib.

ARB Cənub xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Ağır yol-nəqliyyat hadisəsi rayonun Boladi kəndi ərazisində istifadəyə verilməyən tikintisi davam edən ipək yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 34 yaşlı Zaur Seyfulla oğlu Fərziyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən yolun ortasına tökülən qum topasına çırpılıb.

Nəticədə avtomobildə olan sürücünün yaxın Bakı sakinləri, 84 yaşlı Humayə Əlibala qızı Fərziyeva və onun oğlu, 66 yaşlı Xeyrulla Eynulla oğlu Fərziyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanansına yerləşdirilib. İkin müayinə zamanı yaralılara sol bazu sümüyünün sınığı, kəllə-beyin travması, sağ qabırğasının sınığı diaqnozu qoyulub. Onlara ilkin tibbi yardım  göstərilərək travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəsarət alanlardan Humayə Fərziyevanın vəziyyəti daha ağır qiymətləndib.

Zərərçəkən - Xeyrulla Fərziyev - "Bakıdan gəlib kəndə gedirdik. Yolun ortasında qum var idi. Mən nə bilim, gəldik ilişdik ona".

İlkin versiya kimi qəzanın avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq səbəbləri təyin olunan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]