Ölkə

QDEVAMM 2016 -cı ildə Azərbaycanda Dini etiqad və vicdan azadlıqı durumuna dair yekun Mövqe Sənədi

30-12-2016, 22:56

 

 

QDEVAMM 2016 -cı ildə  Azərbaycanda Dini etiqad və vicdan azadlıqı durumuna dair  yekun Mövqe Sənədi

 
 
 
QDEVAMM (Qafqaz Dini Etiqad Vicdan Azadlığının Müdafiə Mərkəzi) ölkədə din və vicdan azadlıqlarının boğulması dözülməz həddə çatması ilə əlaqədar olaraq 2016 ilin yekun Mövqe Sənədi.  

Rejimin Beynəlxalq ictimaiyyəti çaşdırıb ölkə toplumunu isə repressiya xofu altında saxlayaraq öz ömrünü davam etdirməsi üçün seçdiyi çox çirkin bir oyun davam edir.
 
Son 15-20 ildə ölkədə , hətta Ermənistanla faktiki müharibə şəraitində olduğu və təbii ki, ən çox da onların kəşfiyyatının marağını cəlb etdiyi halda,1-2 istisna olmaq şərti ilə,ancaq İran casusları ifşa olunub, həbs edilir.
 
Bütün yerli və Beynalxalq hüquq müdafiə təşkilatlarının rəyinə görə həbsdə olan 160 siyasi məhbusun 105-i şiə dindardır və bunların demək olar ki, yarısına İran casusu damğası vurulub. 
 
Belə təsəvvür yaranır ki, ölkədə İrandan başqa heç kim casusluq fəaliyyəti göstərmir.
 
Əlbətdə ki, bu absurd fikir olduğu üçün qəbul edilməzdir ve belə halın yaranmasının başqa izahı var. İrana casusluq ittihamı ilə həbs edilənlərin işləri ilə ən səthi tanışlıqdan çıxan nəticələr yəqinliklə onların 99 faizinin şiə dindar olaraq ictimai-siyasi fəaliyyətlərinə görə şərlənib həbs edildiklərini, ölkənin əks kəşfiyyatının isə öz işinin öhdəsindən gəlib, əsl casusları tutmaq iqtidarında olmadığını və ancaq rejimin siyasi sifarişlərini yerinə yetirib, müxalifəti şərləyib, repressiya altında saxlamaq üzrə fəaliyyət göstərdiyini deməyə tam imkan verir. Rejimin bu siyasəti "İran təhlükəsi" adı ilə yaradılmış mifdən istifadə edərək Beynalxalq ictimaiyyəti öz repressiyalarına, qeyri- hüquqi davranışına göz yummağa sövq etmək və eləcədə müxalifəti xof altında saxlayaraq, vətəndaş cəmiyyətinin, hüquqi dövlətin yaranmasının qarşısına almağa yönəlmişdir. 
 
Artıq həm Beynəlxalq ,həm də ölkədəki insan haqqları müdafiə təşkilatları bu məsələ ilə ciddi məşğul olmasının, bütün İran casusu damğası ilə həbs edilmiş insanların işlərinin tam nəzarətə götürülərək araşdırılmasının, təqsirsiz insanların fəal müdafiyəsinin və beləliklə də ölkədə repressiya qorxusunun aradan aparılmasının, din, vicdan, söz, ictimai-siyasi fəaliyyət azadlıqlarının müdafiyəsini təşkil edilməsinin vaxtı çoxdan çatmışdır

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]