Xəbərlər / Ölkə

QDEVAMM Nardaran hadisələrinin məhkəməsinin birtərəfli aparılmasına hakimiyyətin repressiya həyata keçirməsinə etiraz bəyanatı verir.

25-01-2017, 18:29
“Nardaran hadisələri ilə bağlı aparılan istintaq və bu gün məhkəmə tərəfindən verilmiş hökmlər Azərbaycan hakimiyyətinin tamamı ilə hüquq və qanun anlayışlarını bir kənara ataraq ölkədə siyasi müxalifətin aradan aparılması üçün açıq terror əməlini həyata keçirmişdir. QDEVAMM Nardaran hadisələrinin məhkəməsinin birtərəfli aparılmasına hakimiyyətin repressiya həyata keçirməsinə etiraz bəyanatı verir. Məlum, Nardaran hadisələri ilə bağlı hakimiyyətin apardığı repressiya siyasəti davam edir Həmin hadisələrdə 2-i polis olmaqla 6 nəfər həlak oldu.Bu gün Taleh Bağırova,AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya və digər 16 nəfərə qarşı ədalətsiz höküm verildi : “Məlumdur ki, Nardaran hadisələri inanclı insanlara qarşı keçirilmiş haqsızlıqdır. Bu bir daha göstərir ki, məqsəd öz haqq sözünü deyən vətəndaşları cəzalandırmaqdır.. QDEVAM bütün bu deyilənləri nəzərə alaraq bildirir ki, Nardaran hadisələri ilə bağlı aparılan istintaq əslində vətəndaş cəmiyyətinin yaradılmasının garşısını almağa yönəlmiş bir terrora rəsmi bəraət qazandırmaq idi. Təşkilat bəyan edir ki, Nardaranda baş verənlər əslində ölkənin haqsızlıq məngənəsində boğulduğunu göstərir və buna görə ilk növbədə bu vəziyyəti yaradan hakimiyyət məsuliyyət daşıyır. “Biz bir daha bu istintaqın obyektiv aparılmasını, günahsız həbs olunanların dərhal azad edilməsini və əsl günahkarların cəzalandırılmasını tələb edirik”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]