Siyasət

İcra başçılarının yerləri dəyişdirilir

21-06-2016, 18:04

Bəziləri təqaüdə göndəriləcək, bəziləri isə yeni rayonlara rəhbərlik edəcəklər.

Yaxın günlərdə 4 rayonun icra başçısının yeri dəyişdiriləcək. Bu barədə JAM.AZ-a hakimiyyət dairələrindəki mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, yeri dəyişdiriləcək icra başçılarından biri İsmayıl Vəliyevdir. Neftçala İcra Hakimiyyətinin başçısının yaxın günlərdə Masallıya təyinat alacağı deyilir.

JAM.AZ-a verilən məlumata görə, Beyləqanın icra başçısı Vaqif Abdullayevlə Masallının icra başçısı Rafil Hüseynov isə təqaüdə göndəriləcək.

Həmçinin Tovuzun icra başçısı Tofiq Zeynalovun da artıq vəzifələrinin öhdəsindən gələ bilmədiyi, rayonda narazılığa səbəb olduğu vurğulanır. Bildirilir ki, Zeynalovun da başqasıylı əvəzlənəcəyi nəzərdə tutulub. Belə bir məlumat var ki, generalın qardaşını əvəz edəcək şəxs elə onun hazırkı birinci müavini, həmçinin qudası Mahir Həsənov olacaq. Çünki onlar kənar şəxsin Tovuzda hakimi-mütləq olmasını istəmirlər.

Mənbənin verdiyi məlumatlarda vurğulanır ki, İmişlinin icra başçısı Vilyam Hacıyev və Bərdənin icra başçısı Vidadi İsayevlə də bağlı yaxın günlərdə qərar verilməlidir. JAM.AZ-a daxil olan məlumatlara görə, Hacıyevin başqa bir vəzifəylə mükafatlandırılması nəzərdə tutulmasa da, Vidadi İsayevin Gəncədəki rayonlardan birinə təyinat alacağı istisna edilmir.

Bu əsnada, Yevlaxın icra başçısı Qoca Səmədovla da bağlı qərar qətiləşib. İddialara görə, icra başçısı tutduğu vəzifədən azad edildikdən sonra Bakıda işləyəcək. Lakin ona konkret olaraq hansı vəzifənin veriləcəyi məlum deyil.

Administratorla əlaqə

077 611-55-22

[email protected]