Gündəm

Tovuzun icra başçısı dəyişdirilir

1-02-2016, 21:07

Xeberman.com-a məlumat verən bilgili məlumata görə, yaxın zamanlarda ölkə başçısının sərəcanmı ilə bir sıra rayon-şəhər icra hakimiyyəti başçıları dəyişdiriləcək. Əldə etdiyimiz məlumata görə, vəzifəsindən gedəcək başçılar arasında Tovuzun rəhbəri Tofiq Zeynalovun da adı çəkilir. Onun «vurulmasına» əsas səbəb kimi 69 yaşı keçməsi və əhalinin ondan narazılığıdır.  

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı olan Tofiq Zeynalov 9 ildən çoxdur ki, bu rayona rəhbərlik edir. Rayonun mərkəzi və strateji yerlərindəki bütün ticarət obyektləri demək olar ki, Zeynalov qardaşlarının nəzarətinə keçib.

Tovuz kəndlərinin su və digər problemlərinin də indiyədək həllini tapmaması da yerli əhalidə Tofiq Zeynalova qarşı narazalığı artırıb. Bilgili mənbənin Xeberman.com-a verdiy  məlumata görə Paşayevlərə yaxın olduğu bildirilən rayon maliyyə şöbəsinin rəisi Mübariz Salmanov Tofiq Zeynalovu əvəzləyəcək. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]