Əsas Səhifə / Gündəm

Yardımlı icra başçısı həbs olunur - MTN İŞİNƏ GÖRƏ - ŞOK İDDİA

21-12-2015, 14:03
Yardımlı icra başçısı həbs olunur - MTN İŞİNƏ GÖRƏ - ŞOK İDDİA   MTN ətrafında davam edən hadisələr, bir-birinin ardınca aparılan həbslər saxlananların siyahısının artacağı ehtimalını gündəmə gətirib.

Məlumata görə “MTN işi” çərçivsində vəzifəsini itirəcək şəxslər arasında nazir müavinləri və hətta icra başçıları da var. Bunlardan biri də Yardımlının icra başçısı Sevindik Hətəmovdur. Məlumatlara görə, Sevindik Hətəmov yaxın günlərdə “MTN işi” çərçivəsində istintaqa çağırılacaq.

Qanunsuz əməlləri ilə medianın gündəmini zəbet edən Sevindik Hətəmovun Eldar Mahmudovla işbirliyinin tarixi elə də uzaq deyil. Belə ki, Sevindik Hətəmovun özünə yeni himayədar axtardığı və Eldar Mahmudovla yaxınlaşdığı bildirilir.

Ancaq bu işbirliyi çox uzun davam etməyib və Eldar Mahmudov vəzifəsi ilə vidalaşıb. Sevindik Hətəmovun Eldar Mahmudovla yaxınlaşmaq cəhdləri heç kəsin diqqətindən yayınmayıb.

Məlumatlara görə, Sevindik Hətəmovun da “MTN işi” çərçivəsində istintaqa çağırılması və vəzifədən kənarlaşdırılması qisa zamanda mümkün ola bilər. İcra başçısı kreslosuna namizədlərdən biri isə müavin Mahir Mirzəyevdir.

Əslində Mahir Mirzəyevin ən böyük dəstəkçisinin də məhz Sevindik Hətəmov olduğu deyilir. Öz yerinə etibar etdiyi müavinin yerləşdirməklə Sevindik Hətəmov gözlənilən yoxlama və həbsdən yaxasını qurtarmağa çalışır. /bizimxeber.az

Qeyd edək ki, Sevindik Hətəmovla bağlı redaksiyamıza daha bir şok məlumat daxil olub. Xəbəri dəqiqləşdirdikdən sonra dərc edəcəyik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]