Ölkə

Daha bir icra başçısı vəzifədən azad olundu - Təyinat

11-06-2016, 21:08
 Yaxın saatlarda Prezidentin sərəncamı yayımlanacaq. 


Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin vəzifəsindən azad olunub. 


Xeberman.com unikal.org-a istinadən bildirir ki, Mübariz Ağayev Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun müavini təyin edilib. 

Məlumatı saytımıza Göyçay İcra Hakimiiyyətindən də təsdiqlədilər. 

Yayılan məmlumata görə, Mübariz Ağayevin yerinə təyinat da olub. Belə ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə Göyçaya icra başçısı göndərilib.

Onu da qeyd edək ki, Mehdi Səlimzadə əslən İmişli rayonundandır. O, Sumqayıtın icra başçısı Zakir Fərəcovla qudadır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]