Əsas Səhifə / Ölkə

Əhalini narazı salmış icra başçıları dəyişdirilir - Ceyhun Cəfərov ən gərgin durumda olanıdır...

2-01-2016, 08:11
2016-cı ilin ilk ayından inqilaba bərabər kadr islahatlarının aparılacağı, bəzi vəzifəlilərin məsuliyyətə cəlb olunacağı istisna olunmur. Faktinfo.az-a bu onunla izah olunur ki, əhalinin əsəbləri tarıma çəkilib,ölkə prezidenti İlham Əliyev bölgələrdə rayon əhalisinin narazı salınmasına səbəb olan icra başçıları ilə sərt davranacaq ki,insanlar icra hakimiyyətlərinin qabagına axışmasın. Əvvəlcədən söyləmək olar ki,insanları əsassız yerə narazı salıb, orta sahibkarlığa maneə olan 10-dan artıq icra başçısı işdən çıxarılacaq ,hətta bəziləri məsuliyyətə cəlb olunacaq. İmişli RİH başçısı Vilyam Hacıyevin, Saatlı RİH başçısı Siraqəddin Cabbarovla əvəzlənməsi gözlənilir. Vilyam Hacıyevin İmişlidə yaratdığı narazılıq fonunda digər rayona icra başçısı göndərilməsi mümkünsüz hesab edilir.

Nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə seçilən Göyçay RİH başçısı Mübariz Ağayevin, Ucar RİH başçısı Mənsur Məmmədovun işdən azad ediləcəkləri də istisna olunmur. Hər iki şəxs Ziya Məmmədova yaxın şəxslər olmaqla bərabər, həm də onun qohumları hesab edilir,narazılıq yaratmaqda az "xidmətləri” olmayıb.

İllərlə rayonları talayan belə şəxslərə güzəştin olmayacağı, təzə ildən icra başçılarının yaratdığı narazılığa ciddi yanaşılacağı verilən məlumatlarda yer alır. Hazırkı böhran vaxtı bölgələrdə artıq hər şeyi anlayan vətəndaşlara belə şəxslərə təkrar etimad göstərilməsi risk hesab edilir.

Faktinfo.az-a o da bildirilir ki,adı mətbuat səhifələrindən düşməyən Ağcabədi və Kürdəmir rayon icra başçıları da kifayət qədər hərtərəfli narazılığa imza atanlardan hesab edilirlər. Ağcabədi RİH başçısı Şahin Məmmədov barəsində olunan şikayətlərdən qulaq tutulur. Daha Şahin Məmmədov haqqında birmənalı fikir yoxdur. Eləcə də, Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun qanunsuz və hüquqa zidd əməllərindən rayon əhalisi cana yığılıb. Onlarla sahibkarı müflis edən, sahibkarlığa maneə yaradan, rayonun rəhbər şəxslərini təhdid və təqib edən bir şəxs kimi Kürdəmirdə Ceyhun Cəfərov ad çıxarıb. Artıq rayonda ölənlərdən, özünə qəsd edənlərdən, idarə rəhbərlərinin başına gətirilənlərdən ölkə rəhbərliyi də xəbərdardır. Ceyhun Cəfərov rayonda ən çox narazılıq yaradan şəxs kimi tanınıb, ölkə prezidenti İlham Əliyevlə kürdəmirlilər arasında demək olar, körpünü yandırıb. Onun "əməllərindən” Prezident Administrasiyası rəhbrərliyi də məlumatlıdır. RYTN həbsdəki keçmiş aparat rəhbəri Vidadi Zeynalovun yeznəsi olan Ceyhun Cəfərov ətrafına qohum-qardaşını cəmləşdirərək, rayonda narazılıqların miqyasını genişləndirməyə xidmət edib. Bununla digər rayona icra başçısı olmaq şansını artıq sıfırlayıb.

Faktinfo.az saytına məlumat verən mənbə onu da əlavə edir ki, Ceyhun Cəfərovla dost olan RİH başçıları artıq təması kəsib, kəsməyənlər isə onunla ehtiyatlı davranmağa üstünlük veriblər. Bütün bunlar isə ondan xəbər verir ki, Ceyhun Cəfərovla da bağlı vəziyyət ürəkaçan deyil. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]