Siyasət

Lavrov və Kerri yenidən Qarabağla bağlı müzakirələr aparıblar

3-05-2016, 02:12

Lavrov və Kerri yenidən Qarabağla bağlı müzakirələr aparıblarRusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

Xeberman.com xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirililb.
 
Məlumatda bildirilir ki, telefon danışığı zamanı tərəflər Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar.

Qeyd olunur ki, telefon danışığı ABŞ tərəfinin təşübbüsü ilə baş tutub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]