Siyasət
Əliyev Kerri ilə görüşüb
31-03-2016, 01:40
Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.
Görüş əsnasında onlar bəyanatla çıxış ediblər.
Görüş zamanı Con Kerri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanacağına ümid etdiyini bildirib.
"Biz Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin həllini görmək istəyirik”, — deyə Kerri əlavə edib.
Onun sözlərinə görə, "bu, danışıqlar prosesi ilə olmalıdır”.