Siyasət

Lavrovla Kerri arasında 12 saat davam edən görüş başa çatıb

27-08-2016, 01:46
İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş başa çatıb.
 
APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, danışıqlar fasilələrlə 12 saatdan çox davam edib.
 
Tərəflərin əsas müzakirə mövzusu Suriya böhranı və onun aradan qaldırılması olub. Lavrov və Kerri danışıqların yekunların dair birgə mətbuat konfransı keçirib.  

Kerri mətbuat konfransında qeyd edib ki, Sergey Lavrovla görüş məhsuldar və konstruktiv keçib. 

"Suriyada atəşkəs rejiminin pozulması adi hal alıb. Atəşkəs rejiminə yalnız kağızda əməl olunur. Odur ki, razılaşmaya yenidən baxılmalıdır”, deyə C.Kerri əlavə edib.
 
Onun sözlərinə görə, danışıqlarda diqqət mərkəzində Suriya böhranı olsa da, digər məsələlərə, o cümlədən Ukraynadakı vəziyyətə də toxunulub. 

Mətbuat konfransında çıxış edən Lavrov isə bildirib ki, Rusiya və ABŞ Suriya münaqişəsinin nizamlanması yolunda bir neçə vacib addım atıb.

"Biz konkret istiqamətlərdə aparacağımız işlərə dair razılığa gəldik. Bununla bağlı Rusiya Suriya hökuməti, ABŞ isə müxalifətlə işləyəcək. Regional tərəfdaşlarımız ilə isə hər ikimiz işləyəcəyik”, -deyə S.Lavrov bildirib.
 
Onun sözlərinə görə, masada cüzi həll olunmayan, konkretləşdirməyə ehtiyac olan məsələlər qalıb: "Bu məsələlər üzrə gələn həftə ekspertlər Cenevrədə görüş keçirəcək”. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]