Siyasət
Rusiya və İran diplomatları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
26-01-2016, 01:42
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada iranlı həmkarı İbrahim Rəhimpurla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar aparıb.
APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in açıqlamasında deyilir.
"Regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusən, Mərkəzi Asiya, Cənubi Qafqaz, Dağlıq Qarabağ, habelə, Minsk razılaşmalarının həyata keçirilməsi ilə bağlı məsələlərə diqqət ayrılıb”, - deyə açıqlamada bildirilir.