Siyasət

Artur Rasizadə ilə Dmitri Medvedev arasında telefon danışığı olub

7-04-2016, 00:13

Azərbaycanın baş naziri Artur Rasizadə və Rusiya baş naziri Dmitri Medvedev arasında telefon danışığı olub. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.

"Tərəflər D.Medvedevin Azərbaycana aprelin 8-də baş tutacaq görüşünü müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə görüşlərdə iqtisadi, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu daxil olmaqla geniş spektrdə məsələlərə baxılacaq”, - məlumatda bildirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]