Siyasət

UĞRUNDA CANINDAN KEÇMƏYƏ HAZIR İNSANLARA LAQEYİD OLAN XALQ MƏĞLUBİYYƏTƏ VƏ MƏHVƏ MƏHKUMDUR!

9-03-2017, 01:57
UĞRUNDA CANINDAN KEÇMƏYƏ HAZIR İNSANLARA LAQEYİD OLAN XALQ MƏĞLUBİYYƏTƏ VƏ MƏHVƏ MƏHKUMDUR!Xeberman.com-un verdiyi məlumata görə QDEVAMM –nin təsisçisi Azər Ramizoğlu siyasi məhbusların ailələrinə maddi və mənəvi dəstək olmaq üçün konpaniya keçirir .Konpaniyanın məqsədi barədə Azər Ramizoğlu xeberman.com-a bildirib ki,ölkəni işğal etmiş azğın dəstənin xalqla elan edilməmiş müharibəsi artıq özünün pik həddinə çatmışdır. Xalqın 160- dan çox dəyərli, mübariz nümayəndəsi şər- böhtan və qanunsuzluqla zindanlara atılmış, bütün dünya tərəfindən siyasi məhbus kimi tanınırlar. Onlar bu gün işğalçılarla mübarizənin ən ön cəbhəsindədirlər,səngərdəki əsgərlərimiz və şəhid olanlarımızla bir sıranı bölüşürlər. Bu mübariz, xalqını düşünən insanların yeganə təqsiri rejimin cinayətlərinə qarşı susmamaqları, bütün insanların vətəndaş haqqları uğrunda mübarizə aparmaqları olmuşdur. Lakin bizlər bu gün, hər birimizin gələcəyi və hüquqları uğrunda mübarizə aparıb zindanlarda əziyyət çəkən insanlarımıza yiyə dura biləcək qədər vətəndaş cəmiyyəti formalaşdıra bilməmiş, boynumuzda haqqı olan, hər əzaba dözən insanlara lazımı dəstəyi verə bilmirik. Rejimin bu insanlara zülm eləməyinin də əsas məqsədi xalqı qorxutmaq, məhbusların özlərinə və ailələrinə edilən əziyyətləri nümayiş etdirərək başqalarını müqavimət göstərməkdən çəkindirməkdir. Belə olan surətdə bizim də vəzifəmiz siyasi məhbusların və ailələrinin durumunu daim nəzərdə saxlamaq, onlara əlimizdən gələn yardımı etməkdir. Bilirik ki, bunun üçün maddi imkanat, pul lazımdır.
Siyasi məhbuslara və ailələrinə cəmiyyətin yardımı və diqqəti eyni zamanda qaniçən rejimin də planlarını pozar, ləyaqətli insanların arxasında xalqın dayandığını görüb daha çox mübariz ruhiyyəli insan səsini çıxarmaqdan çəkinməz. 160 nəfər siyasi məhbusun hərəsinin ailəsinə ayda ilk əvvəl heç olmasa 500- 600 manat yardım olunması üçün təqribən 8 min düşünən insanın ayda 10 dollar iyanə etməsi kifayət edərdi. Bunun üçün bir qeydiyyatsız filansız fond yaradıb, cəmiyyətin saf, inanılmış insanlarından 5 nəfərin nəzarət komisiyyasında iştirakı kifayət edərdi. Dəyərli gənclərimiz,mübariz oğullarımız bu işi öhdələrinə götürsələr inanıram ki, 1-2 aya vəziyyət tam dəyişər və bu daha çox insanda mübarizə ruhunun oyanmasına və inamsızlığın aradan qalxmasına yardım edər. Öz tərəfimdən ilk 10 nəfərin bu lazımlı işə qoşulmasını təmin edə bilərəm. Həm də şəri vezifə kimi də boynumuzdadır bu iş.
Sonda Azər Ramizoğlu qeyd etdi ki, hüquq müdafiyəçisi Vidadi İsgəndərlidə bu təşəbbüsə qoşulub.



Siyasi məhbus ailələrinin kordinatırı Zümrüd Yağmur Azər Ramizoğlunu siyasi məhbus ailələrinə iyanə konpaniyasını dəstəklədiyini xeberman.com saytına bildirdi.O,bu konpaniyaya ictimai dəstək olacağını bildirib.







QDEVAMM-nin sədri Polad Aslanov Azər Ramizoğlunun başlatdığı siyasi məhbus ailələrinə iyanə konpaniyasını dəstəklədiyini və bu konpaniyada yaxından iştirak etdiyini xeberman.com-a bildirib.Polad Aslanov bildirib ki, Azər Ramizoğlunun başlatdığı bu konpaniyaya hər bir kəsin bu konpaniyaya maddi və mənəvi dəstək olmağı vacibdi.

REAL hərəkatının üzvü politoloq Kəlam Hüseynov da Azər Ramizoğlunun başlatdığı siyasi məhbus ailələrinə iyanə konpaniyasını eşidəndən çox sevindiyini bildirdi və inanır ki,bu konpaniya Azərbaycanın siyasi və ictimai həyatında böyük dönüş nöqtəsi olacaq.İnsanlar adətən həbslərdən ona görə qorxur ki,arxasında böyük maddi yük qoyur. Buna görə də bir çoxları öz haqq səsini çıxarmır. İnanıram ki, bu konpaniya başlayandan sonra Azərbaycanın siyasi həyatında böyük dönüş olacaq.Buna görə də mən Azər Ramizoğlunun başlatdığı bu konpaniyaya hər cür dəstək olacağımı bildirirəm.

Administratorla əlaqə

077 611-55-22

[email protected]