Ölkə
Lənkəranskinin sağ əli azadlığa çıxdı - Miras uğrunda mübarizə başladı
18-01-2017, 14:09
Türkiyə hakimiyyəti Rövşən Canıyevin (Rövşən Lənkəranski) "sağ əli” hesab olunan "qanuni oğru” Hacıbaba Talıbxanlını (Hacı Beyləqanski) həbsxanadan buraxıb.
Xeberman.com xəbər verir ki, bu haqda "Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən bildirib.
O, "kriminal general” Əlibala Həmidovun (Qoca Bakinski) qətlində iştirakda şübhəli bilinirdi. Ancaq bunu sübut edəcək dəlilləri toplamaq mümkün olmayıb. Onun dərhal Rövşən Lənkəranskinin Türkiyədəki "mirası” uğrunda mübarizəyə başladığı bildirilir