Əsas Səhifə / Yazarlar
Azər Ramizoğlu: İnsan haqları sahəsində vəziyyətin çox bərbadı
16-02-2017, 23:32
Bu gün Azərbaycanda insan haqları sahəsində vəziyyətin çox bərbad olması artıq dünyada hər kəsə məlumdur.
Azərbaycanda Əliyev rejimi hakimiyyətə gəldiyi gündən, sistemli demokratik müxalifətin repressiyası, məhv edilməsi istiqamətində siyasət yeridib və bununla da rejimin özbaşınalıqları, cinayətləri, korrupsiyasi ilə mübarizə aparmağın yalnız zorakı yollarla mümkün olduğunu düşünən radikal qüvvələrin siyasi arenaya gəlməsinə münbit şərait yaratmışdır.
Rejimin bu siyasəti, əsasən, dünya ictimaiyyəti və Qərbin siyasi dairələrinə,uydurma İran təhlükəsi və siyasi İslamın nüfuzunun artması və beləliklə, güya dünyavi dövlətin mövcudluğuna təhlükə kimi nümayiş etdirmək məqsədi güdür.
Məhz dinc demokratik müxalifətin məhv edilməsinə nail olmaq üçün, rejim, həmçinin AŞPA- da, AŞ- da, ABŞ Konqresində və BMT- də fəaliyyət göstərən bir çox qərb siyasətçilərini müxtəlif yollarla ələ almağı bacarmışdır.
Beləliklə, rejim bir çox demokratik dövlətlər tərəfindən onun cinayətlərinə- rejim başçısı və onun ailəsi də daxil olmaqla, hakimiyyətin bütün təbəqələrinin korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi, həmçinin, jurnalist, insan haqqları müdafiəçiləri, iş adamları, müxalifətçilərin öldürülməsi, qanunsuz həbsləri, qeyri -insani işgəncələr verilməsinə dözümlü münasibətinə nail olmuşdur.
Özlərini demokratik siyasətçilər kimi qələmə verən bir çox qərbli işbazların Əliyev rejimi tərəfindən rüşvət və başqa müxtəlif yollarla ələ alınaraq, bu rejimin yalançı İslam təhlükəsi barədə yaydığı uydurmaları dəstəkləyərək ölkədə hüquqi nihilizm və polis özbaşınalığının vüsət almasına şərait yaratmışlar. Rejim,
belə Qərb siyasətçilərinin dəstəyi ilə demokratik müxalifətin məhv olunmasına nail olmuş və bununla da siyasi arenada inanclı müxalif elektoratın əsas real müxalifət qüvvəsinə çevrilməyini təmin etmişdir.
Müxalif inanclı elektorat əsasən 2 qrupdan ibarətdir.
Bu qruplardan birincisi əvvəldən siyasi İslam mövqelərindən çıxış edənlər, ikincisi isə,qərbyönümlü demokratik müxalifət qeyri- legitim hakimiyyətlə mübarizədə tam yararsız vəziyyətə salındıqdan sonra inanclı müxalifətçilərə qoşulanlardan ibarətdir.
Beleliklə inanclı muxalifət insan haqqları və azadlıqları uğrunda mubarizədə Qərb dairələrinə arxayın olmadığına görə zəiflədilib aradan aparıla bilməmiş, getdikcə daha çox vətəndaşın reğbətini qazana bilmişdir. Bu gün ölkə həbsxanalarında məhbus olan 160 siyasi məhbusun 105- nin inanclı şiə olması faktı da deyilənləri təsdiq edir.
Radikal vəhhabi kəsim ilə isə rejim öz çirkin oyununu oynamaqdadır.
Keçən il, daha gizlədilməsi mümkün olmayan cinayətlərə görə ləğv edilmiş MTN və bilavasıtə MT nazirinin özünün, İŞİD və An Nusra kimi terror teşkilatlarına radikal vəhhabilərin ötürülməsi və hər terrorçuya gorə həmin təşkilatlardan 30-50 min dollar cıvarında pul alması bu rejimin artıq neinki Azerbaycan, hetta bütün sivil dünya üçün ciddi təhlükəyə çevrildiyini deməyə tam əsas verir.
Beləliklə,bəzi natəmiz qərb siyasətçilərinin dəstəyi ilə rejimin ölkədə yaratdığı vəziyyət çox təhlükəli həddə çatmışdır.Günün ən ümdə vəzifələrindən biri kimi isə, rejimin inanclı insanların radikallaşması və terror təşkilatlarına qoşulmasını təhrik edən siyasətinin durdurulması son dərəcə aktuallaşmışdır.
Bunun üçün isə, inanclı müxalifət və narazı kəsimin radikallaşıb,vəhhabi terror təşkilatlarına qoşulmasının, düşünülməmiş addımlar atmasının qarşısını ala biləcək Tale Bağırzadə, Mövsüm Semedov, Abgül Süleymanov, Hacı Zülfüqar, Elçin Qasımov,Fuad Qəhrəmanlı,Ağəli Yəhyayev,Fərhad Muradov,Abbas Hüseynov, Şamil Abduləliyev, Nicat Əliyev, Fikrət Fərəməzoğlu və digər vicdan məhbusu həyatı yaşayan inanclı müxalifət liderlərinin və eləcə də bütün siyasi məhbusların dərhal azad olunmasına nail olmaq uğrunda hamılıqla hərəkətə keçilməlidir.