Ölkə

Rayon təhsilindəki neqativlər Elminaz Nadirovanın ayağına yazılmalıdır

14-11-2016, 19:36

Rayon təhsilindəki neqativlər Elminaz Nadirovanın ayağına yazılmalıdır  Dünyada baş verən iqtisadi böhran ölkəmizdəndə yan ötüşmədiyi və bu üzdən bəzi islahatarın aparılması zərurətə çevrildiyi bir zamanda Cənab Prezidentin bu yöndə bir çox islahatlara start vermişdi. Buna baxmayaraq bu islahatların bəziləri əhalinin vəziyyətini yaxşılaşdırmamış əksinə daha da pisləşmişdir. Müəllimlərin diaqnstik qiymətləndirilməsinin aparılmasından sonra onların əmək haqqının artırılması vəziyyəti yaxşılaşdıra biməməsinin səbəblərindən biri devalivasiyanın olmasıdırsa digər səbəbi yerli məmurların bu islahatlara mane olmasıdır. Ölkəsini sevən məmur  bu durumdan yararlanmaq əvəzinə islahatın aparılmasında fəal iştirak edərdi. Çox təəssüflər olsun ki, islahatları əngəlləyən və bundan öz xeyri üçün yararlanan məmurların siyahısına  Cəlilabad Ryon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova da öz adını yazdırmışdır. Nə ölkə rəhbərinin , nə də Təhsil Nazirinin göstərişinə əməl edən Elminaz Nadirova sadəcə öz mənafeyinə xidmət etməklə məşğuldur. Bu gün heç kəsə sirr deyil ki, Elminaz Nadirovanın direktorlardan aldığı aylıq pulları 150-200 manat artırılaraq kiçik məktəblərdən ümumilikdə 800, böyük məktəblərdən 1500 manata qədər  qaldırlmışdır.Məktləblərdə adları olub özləri olmayan xadimələr və müəllimlərin əmək haqqısı isə ayrıca Elminaz Nadirovaya çatır. Məktəblərdə istilik üçün  meşə idarəsindən ayrılan odunların satılması, ocaqçı ştatları isə qışın gətirdiyi "əlavə gəlirə" çevrilib. Bəlkə də hər rayonda bu qanunsuzluqlar var  amma biz Cəlilabad müəllmləri Elminaz Nadirovanın qanunsuzluqlarına şırik olmaq istəmirik. Bu üzdən sizdən xahişimiz Cəlilabad rayonunda total yoxlamalar aparasınız və heç olmasa bu dəfə bu yeyintiləri müəllimlərin ayağına deyil elə Elminaz Nadirovanın ayağına yazasınız.




Cəlilabad Təhsil İşçiləri

Administratorla əlaqə

077 611-55-22

[email protected]