İqtisadiyyat

Məmurlar iqtisadi islahatlara mane olur: Samir Şərifov isə bəzi qurumlardakı qanunsuzluqlara göz yumur

28-02-2016, 18:05
Azərbaycan iqtidarının iqtisadi islahatlar aparmaq üçün başladığı fəaliyyətən mühüm mərhələyə daxil olub. Artıq ölkədə bəzi qurumların ləğvi və idarəetmədə şəffaflığın təmin olunması yönündə addımlar atılır

Məlumata görə, gömrükdə şəffaflaşdırma prosesi sürətlənib. Bir çox dövlət qurumlarında verilən "pa-ket"lər ləğv edilib. Yüksək çinli məmurların nəzarətindəolan və bu günə qədər vergidən yayınan ob-yektlərə dəvergi ödəmək tapşırığı verilib.

İqtidarın həyata keçirməyə başladığı islahatlarla bağlı "Reytinq"ə məlumat verən mənbədeyib ki, hazır-da hakimiyyət sahibləri ən kritik qərar vermək mərhələsindədir: "İqtidar gömrüklə bağlı müəyyən qə-rarlar verib vəonlar icra olunmağa başlayıb. Amma ölkədə həyata keçirilən iqtisadi islahatların uğurlu ol-ması daha çox Vergilər Nazirliyindən asılıdır. Vergilər Nazirliyi şəffaf sistemə keçməsəaparılan islahatlar nəticəsiz qalacaq".

Məlumatda qeyd edilir ki, hakimiyyət düşərgəsində Vergilər Nazirliyinin şəffaf sistemə keçməsi ilə bağlı ciddi tərəddüdlər var. Bəzi inhisarçı məmurlar şəffaf sisetmə keçidi əngəlləyir, buna qarşı müqavimət göstərirlər. Mənbəmizin dediyinə görə, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun bu məsələ iləbağlı hazırlayacağı təkliflər də prosesin hansı yöndə gedəcəyinə ciddi təsir edə bilər.

Bir müddətəvvələ qədər Natiq Əmirovun vergilər nazirinin birinci müavini olduğunu xatırladan mənbə-miz bildirib ki, bu, hazırda ona vergi sisteminin tam şəffaflaşdırılması ilə bağlı təkliflər hazırlamağa imkan vermir: "O, Vergilər Nazirliyinin hansı qaydalarla işlədiyini, hansı məmura məxsus şirkətin vergidən ya-yındığını dəqiq bilir. Amma o da istisna edilmir ki, Natiq Əmirovun uzun müddət Vergilər Nazirliyində iş-ləməsi onun bu sistemlə bağlı mütərəqqi təkliflər hazırlamasına mane olsun. Çünki o, hazırkı şəffaf ol-mayan sistemə öyrəşib və şəffaf mexanizm qurulması iləbağlı yetərli bilgi sahibi olmaya bilər".

O da qeyd edilir ki, N.Əmirovun iqtisadi islahatlar üzrəköməkçi kimi fəaliyyəti sanki müxtəlif qurumlara məktub yazıb təkliflər istəməkdən ibarətdir: "Bu isə dövlət qulluqçuları arasında belə bir rəy formalaş-dırır ki, Əmirov Prezidentin köməkçisi kimi islahatlara hazır deyil. Ona görə də düşünürük ki, Əmirov in-hisarçı məmurların maraqlarına toxunacaq hər hansı islahat təklifi hazırlaya bilməyəcək".

Həmsöhbətimizin iddiasına görə, hakimiyyətdə islahatlara qarşı çox ciddi müqavimət var. Bir tərəfdən iqtidar düşərgəsinin böyük əksəriyyəti neftin yenidən bahalaşacağına və bununla da islahatların arxa plana keçəcəyini düşünürsə, digər nazirlər indiki statusu qoruyub saxlamaq üçün maksimum səy göstə-rirlər. Bu səbəbdən də islahatlar ləngiyir. Xüsusən də Maliyyə Nazirliyindəciddi dəyişikliklərin olmaması bu islahatlara mənfi yöndə təsir edəcək. Çünki bu nazirlik büdcə vəsaitlərinin xərclənməsinədüzgün nəzarət etmir:

"Samir Şərifov üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmir. Azərbaycanda ən çox büdcə vəsaitləri-nin talanması məhz Şərifovun maliyyə naziri olduğu dövrə təsadüf edir. Məmurların milyonlarla büdcə vəsaiti xərcləyib lüks avtomobil, mebel vəs. əşyalar almasına Maliyyə Nazirliyi şərait yaradıb. Samir Şə-rifovun nazir olduğu dövr təftiş edilərsə aşkarlanan faktlar çoxlarını şoka sala bilər".

Mənbəmiz onu da qeyd edib ki, S.Şərifovun hakimiyyətdə daha yüksək post tutmaq iddiası var. Buna görədə özünə dəstək almağı düşündüyü nazirlərin qanunsuz hərəkətlərinə şərait yaradır: "Bununla o, həm şəxsi maraqlarını təmin edir, həm də digər nazirlərin yanında hörmət qazanmağa çalışır".

Mənbəmiz diqqətə çatdırıb ki, İqtisadiyyat Nazirliyində işləyən şöbə müdirləri də xidməti avtomobildən istifadə edirlər. Amma şöbəmüdirləri üçün belə bir avtomobil nəzərdətutulmur: "Hökumət evindəki digər nazirliklərdə şöbəmüdirlərinin belə imkanı yoxdur, çünki büdcədən bunun üçün vəsait ayrılmır. Amma İqtisadiyyat Nazirliyi büdcəvəsaiti hesabına şöbə müdirlərini xidməti maşın və sürücü ilə təmin etməyin yolunu tapıb. Həmin maşınları nazirliyin regional idarələrinin adına sənədləşdiriblər. Hətta sə-nədlər üzərində həmin avtomobillərin sürücüləri də rayonlarda işləyirlər. Amma fakt ondan ibarətdir ki, həmin avtomobillər Bakıda -nazirliyin şöbə müdirlərinə xidmət edir. Bir sözlə, nazir Şahin Mustafayev nazirliyin şöbəmüdirləri üçün xidməti avtomobil təşkil edib. Buradakı qanun pozuntularına və dövlət vəsaitinin təyinatından kənar xərclənməsinə isə MaliyyəNazirliyi göz yumur. Beləfaktlar minlərlədir. Yəni nazirlər bir-birinin qanunsuzluğunu ört-basdır etməklə, öz oyunlarını oynayırlar".

Şübhəsiz, bütün bunlar göstərir ki, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinə əsas maneəhakim komadada uzun müddətdən bəri post tutan məmurlardır. Onların dəyişilməsi isə islahatların baş tutmasında müstəsna rol oynaya bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]