Ölkə

Cəlilabad təhsili yeni qaydada idarə olunur

14-03-2016, 15:40
  Cəlilabad təhsili yeni qaydada idarə olunur   Xeberman.com saytına daxil olan məlumata görə , bu ilin əvvəlində Təhsil Nazirliyi tərəfindən Cəlilabad rayon təhsilində yoxlamalar aparıldı. Bu yoxlamalardan sonra hər kəs "kimlərinsə" cəzalanacağını gözlədiyi halda heç bir tədbir olmadı. Bundan sonra Cəlilabad RTŞ -nin müdiri Elminaz Nadirova bir az "taktiki" dəyişikliklər  edərək yenidən xərac toplamağa başlayıb. Beləki, Elminaz Nadirova əvvəllər Ərəstün Hüseynov , Sarxan Həsənov və Ələddin Əsədullayev vasitəsilə 129 məktəb direktorunu istismar edirdilərsə indi Ələddin Əsədullayevi Ağaxan Ağayev əvəzləyib. Bundan əlavə daha 129 direktoru RTŞ -yə çaxırıb  bir- bir "aylıq  pulu" alınmır. İndi artıq "aylıqlar"  inzibati ərazi üzrə bir neçə direktor tərəfindən yığılaraq  mərkəzə gətirilir. İnzibati ərazi üzrə xərac bu cür yığılır : Şəhər məktəbləri Abbas Cəfərov , Cəngan sovetliyi üzrə İsa Vahabov, Dövlətalibeyli sovetliyi üzrə Rafik Hüseynov, Seyidbazar sovetliyi üzrə Etibar Abdullayev, Məlikqasımlı sovetliyi üzrə Cəbrayıl müəllim, Əliqasimlı soverliyi üzrə Şakir Abbasov, Gulmemmedli sovetliyi üzrə Həmdulla İbayev, Şabanlı sovetliyi üzrə Hafiz Nəciyev, Xənəgah sovetliyi üzrə Əliqismət Heydərov, Kazımabad sovetliyi üzrə Maarif Əliyev, Uzuntəpə sovetliyi üzrə Məmmədov Tofiq  və s.
Xeberman.com məlumat verən mənbə bildir ki,  direktorların "aylıq pulunda" da dəyişiklik olub . Əvvəllər kontingentindən aslı olaraq kiçik məktəblər 200, böyük məktəblər 500 verirdisə , indi 300-600 manat pul verilir. Kontingentindən asli olaraq hər məktəb 3-5 texniki işçinin maaş kartını da Elminaz xanıma verməlidirlər. Bütün bunlar az imiş direktorlarlardan  ayda 500-1000 manat  pulu isə Cəlilabad rayon İcra hakiminin köməkçisi, 2-dərəcəli dövlət qulluqçusu Malik Şərbətova alır.  Ölkəmizin bu vəziyyətində ölkəni talayaraq  təhsilimizi bərbad vəziyyətə qoyan şəxslərə nə ad vermək olarsa qoy yuxarıda oturanlar versin 

Administratorla əlaqə

077 611-55-22

[email protected]